...

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri təbii fəlakət zonasında quraşdırılmış modul tipli sutəmizləyici qurğuya baxış keçirib

Cəmiyyət Materials 21 May 2010 20:13 (UTC +04:00)
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov cümə günü Sabirabad rayonunun mərkəzində quraşdırılmış, sutka ərzində təmizləmə gücü 60 ton olan modul tipli sutəmizləyici qurğuya baxış keçirib.
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri təbii fəlakət zonasında quraşdırılmış modul tipli sutəmizləyici qurğuya baxış keçirib

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov cümə günü Sabirabad rayonunun mərkəzində quraşdırılmış, sutka ərzində təmizləmə gücü 60 ton olan modul tipli sutəmizləyici qurğuya baxış keçirib. Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

"Hazırkı şəraitdə Sabirabad rayon əhalisinin içməli suya olan tələbatı "Azərsu" ASC tərəfindən tam aradan qaldırılana qədər əhalinin alternativ mənbədən təmiz içməli su ilə təmin edilməsi məqsədilə nazirlik tərəfindən qısa müddət ərzində İsrail istehsalı olan modul tipli sutəmizləyici qurğu gətirilərək rayon mərkəzində quraşdırılıb və istifadəyə verilib. Qurğuya baxış zamanı qurğunun effektiv çalışdığı müəyyən edilib" , - İbrahimova deyib.

Kür çayının daşması ilə əlaqədar Sabirabad rayonu əhalisinin içməli su təminatında problemlər yaranmışdı.

İbrahimovanın sözlərinə görə, hazırda istifadəyə verilmiş sutəmizləyici qurğu fasiləsiz olaraq fəaliyyət göstərir. Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su çənlərə yığılaraq rayon əhalisi tərəfindən istifadə olunur, eyni zamanda, uşaq bağçalarına, məktəblərə, düşərgələrə maşınlarla daşınır.

Yaxın bir-iki gündə içməli suya əlavə təlabatın olduğu müəyyən edilərsə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən əlavə qurğular quraşdırılacaq və təmizlənən suyun həcmi sutkada 500 tona çatdırıla biləcək.

Xəbər lenti

Xəbər lenti