...

Azərbaycanın Ali Məhkəməsi azyaşlı bacıların qətlində günahlandırılan qardaşların cəzasını ağırlaşdırmadı

Cəmiyyət Materials 25 May 2010 17:06 (UTC +04:00)
Trend-in məlumatına görə, Ali Məhkəmədə Dəvəçinin Dağ Bilici kənd sakinləri 14 yaşlı Nailə və 7 yaşlı Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə ittiham olunan Təvəkkül İsmayılov, Elçin İsmayılov və Elnur İsmayılovun barələrindəki hökmdən verilən kassasiya protestinə baxılıb.
Azərbaycanın Ali Məhkəməsi azyaşlı bacıların qətlində günahlandırılan qardaşların cəzasını ağırlaşdırmadı

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir H.Bağırov/

Azərbaycanda azyaşlı bacıların qətlində günahlandırılan qardaşların cəzasının ağırlaşdırılması ilə bağlı Respublika Baş Prokurorluğunun kassasiya protesti təmin edilməyib.

Trend-in məlumatına görə, Ali Məhkəmədə Dəvəçinin Dağ Bilici kənd sakinləri 14 yaşlı Nailə və 7 yaşlı Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə ittiham olunan Təvəkkül İsmayılov, Elçin İsmayılov və Elnur İsmayılovun barələrindəki hökmdən verilən kassasiya protestinə baxılıb.

Respublika Baş Prokurorluğunun Elçin və Elnur İsmayılov qardaşlarının cəzalarının ağırlaşdırılması barədə verdiyi kassasiya protesti, zərərçəkmiş tərəfin cinayət işinin yenidən araşdırılması ilə bağlı ibtidai istintaqa qaytarılması barədə şikayətləri də məhkəmə tərəfindən təmin edilməyib.

Prokurorluq Elçin İsmayılovun 10, Elnur İsmayılovun isə 15 il cəza müddətinə azadlıqdan məhrum edilməsini istəyirdi.

İttiham olunan şəxslər Dəvəçi rayonunun Dağ Bilici kənd sakinləri 14 yaşlı Nailə və 7 yaşlı Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə və digər ağır cinayətlər törətməkdə ittiham olunublar. Məhkəmənin hökmü ilə Təvəkkül İsmayılov ömürlük, Elnur 6, Elçin isə 4 il müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən verilmiş apelyasiya şikayəti və protesti də təmin edilməyib.

Xəbər lenti

Xəbər lenti