...

BMT Sivilizasiyalar Alyansı Gənclər Hərəkatının ilk konqresinin Bakıda keçirilməsi ideyasını dəstəkləyib

Cəmiyyət Materials 1 İyun 2010 13:38 (UTC +04:00)
Rio-de-Janeyroda öz işini başa çatdıran BMT Sivilizasiyalar Alyansının üçüncü forumu ötən ilin aprelində İstanbulda keçirilən ikinci forumda təsis edilən "Gənclər Sivilizasiyalar Alyansı Uğrunda" (GSA) qlobal hərəkatının fəaliyyət konsepsiyasını qəbul edib. Bu barədə İKT Gənclər Forumunun Bakı ofisindən məlumat verilib.
BMT Sivilizasiyalar Alyansı Gənclər Hərəkatının ilk konqresinin Bakıda keçirilməsi ideyasını dəstəkləyib

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Rio-de-Janeyroda öz işini başa çatdıran BMT Sivilizasiyalar Alyansının üçüncü forumu ötən ilin aprelində İstanbulda keçirilən ikinci forumda təsis edilən "Gənclər Sivilizasiyalar Alyansı Uğrunda" (GSA) qlobal hərəkatının fəaliyyət konsepsiyasını qəbul edib. Bu barədə İKT Gənclər Forumunun Bakı ofisindən məlumat verilib.

Forumun sonunda qəbul edilən "Rio bəyannaməsi"ndə hərəkatın birinci konqresinin bu ilin sonunda Bakıda keçirilməsi ideyası bəyənilib. Bu barədə qərar Bəyannaməyə SA Forumunun işində iştirak edən 150-dən artıq ölkənin gənclər nümayəndələrinin qəbul etdikləri tövsiyələr əsasında daxil edilib.

Həmçinin, forumun işi çərçivəsində qəbul edilən hərəkatın konsepsiyasında qeyd olunur ki, "o, 2007-ci ilin noyabrında Bakıda Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın patronajlığı altında yüksəksəviyyəli konfransın yekunu olan "Gənclər Sivilizasiyalar Alyansı Uğrunda" təşəbbüsü ideyalarının həyata keçirilməsidir. 2007-ci il konfransında Azərbaycanın birinci xanımı müxtəlif mədəniyyətlər arasında dialoqun möhkəmləndirilməsi və sivilizasiyalararası əlaqələrdə gərginliyin azalması üzrə beynəlxalq səylərin dayağı ola biləcək gənclərin qlobal hərəkatı təşəbbüsü ilə çıxış edib.

İKT Gənclər Forumunun baş katibi Elşad İsgəndərovun qeyd etdiyi kimi, 2008-2009-cu illər ərzində BMT SA-nın tərəfdaşı olan BMT GF tərəfindən həm SA Katibliyi, həm də Avropa, Asiya, Afrika və Latın Amerikasından olan regional gənclər platformaları ilə gənclərin resurslarının səfərbər edilməsi üzrə qlobal tapşırıqları yerinə yetriməyə qadir olan geniş beynəlxalq hərəkatın təşəbbüslərinin şəffaflaşdırılması üzrə müvafiq işlər görülüb. Ötən ilin aprelində alyansın vahid gənclər siyasətinin işlənib-hazırlanması üçün Məsləhət Şurası təsis edilib. İKT ölkələri gənclərinin nümayəndəsi kimi İKT GF-nın baş əlaqələndiricisi Leyla Əliyeva seçilib. Orada Leyla Əliyevanın alyansın üçüncü forumunadək hərəkatın gələcəyinin detallarını razılaşdırmaq və yeni hərəkatın birinci konqresinin 2010-cu ildə Bakıda keçirilməsi barədə təklifi bəyənilib.

"Rio forumunadək razılaşdırma üzrə işlər aparılıb və onun yekunu BMT SA-nın rəsmi təşəbbüsü kimi hərəkatın konsepsiyasının qəbul edilməsi və Bakı tədbirinin elan edilməsi olub. SA Beynəlxalq Katibliyinin rəhbərliyi ilə danışıqların aparılmasına Azərbaycan XİN, Gənclər və İdman Nazirliyi böyük dəstək göstərib və onların nümayəndələri Rio forumunun işində fəal iştirak ediblər", - İsgəndərov deyib.

İllik "Sivilizasiyalar Alyansı" Forumu Türkiyə və İspaniyanın həmsədr olduqları BMT-nin bu təşəbbüsünün ali orqanıdır. Alyansın fəaliyyəti BMT-nin üzvü olan 90-dan artıq ölkənin və tanınımış beynəlxalq qurumların daxil olduqları "Dostluq qrupu" dəstəkləyir. Rio Forumunun işində 2 minə yaxın nümayəndə heyəti, eləcə də, Braziliya,İspaniya və Türkiyənin rəhbərləri, həmçinin nazirlər, din və mədəniyyət xadimləri, beynəlxalq təşkilatların rəhbərləri və gənc liderlər iştirak ediblər. SA-nın növbəti Forumunun 2011-ci ildə Qətərdə keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti