...

Akademik Ramiz Mehdiyevin "Fəlsəfə" dərs vəsaiti işıq üzü görüb

Cəmiyyət Materials 3 İyun 2010 16:46 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Ramiz Mehdiyevin "Fəlsəfə" dərs vəsaiti işıq üzü görüb.
Akademik Ramiz Mehdiyevin "Fəlsəfə" dərs vəsaiti işıq üzü görüb

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Ramiz Mehdiyevin "Fəlsəfə" dərs vəsaiti işıq üzü görüb.

Kitabda müstəqil elmi fənn və insanların mənəvi fəaliyyət sahəsi olan fəlsəfənin sistemli şərhi, o cümlədən fəlsəfənin mövzusu, onun metodları, məqsəd və vəzifələri, baza anlayışları, kateqoriyaları və cərəyanları haqqında geniş məlumat verilir. Dərs vəsaitində fəlsəfəyə girişlə yanaşı, fəlsəfənin, o cümlədən Şərq fəlsəfəsinin tarixi, müasir fəlsəfənin əsasları, habelə tarix fəlsəfəsi və siyasi fəlsəfə şərh edilir. Qədim və orta əsrlər Azərbaycan fəlsəfəsinin problemləri, XIII-XX əsrlərdə Azərbaycan fəlsəfi fikrinin təşəkkülü ayrıca nəzərdən keçirilir.

Nəşr tələbələr, müəllimlər, fəlsəfə problemi ilə maraqlanan bütün oxucular üçün nəzərdə tutulub.

Kitab Azərbaycanın Təhsil Nazirliyi tərəfindən ali məktəblər üçün dərs vəsaiti kimi çap olunub.

Kitabın rəyçisi Azərbaycan Pespublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, layihənin rəhbəri, AzərTAc Dövlət İnformasiya Agentliyinin rəhbəri Aslan Aslanov, elmi redaktoru AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyevdir.

Xəbər lenti

Xəbər lenti