...

Gürcüstanda yaşayan azərbaycanlılar Şimali Kiprdə təhsil alacaqlar

Cəmiyyət Materials 11 İyun 2010 13:15 (UTC +04:00)
Gürcüstanda yaşayan soydaşlarımız Şimali Kiprdə ali təhsil alacaqlar. Trend-in məlumatına görə, bu barədə cümə günü Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə jurnalistlərə məlumat verib.
Gürcüstanda yaşayan azərbaycanlılar Şimali Kiprdə təhsil alacaqlar

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir T.Hacıyev/

Gürcüstanda yaşayan soydaşlarımız Şimali Kiprdə ali təhsil alacaqlar. Trend-in məlumatına görə, bu barədə cümə günü Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə jurnalistlərə məlumat verib.

O bildirib ki, Gürcüstanda yaşayan, orada mərkəzləşdirilmiş şəkildə qəbul imtahanlarında iştirak edən azərbaycanlılar Kipr universitetlərində təhsil alacaqlar.

"İyul ayında bununla bağlı xüsusi komissiya yaradılacaq. Gürcüstanda işləyəcək bu komissiyada bizim nümayəndələr də iştirak edəcəklər. Bu, Azərbaycandan kənarda yaşayan soydaşlarımıza yardım etmək məqsədi ilə olan bir layihədir", - Abbaszadə əlavə edib.

Xəbər lenti

Xəbər lenti