...

Azərbaycan Ali Məhkəməsinin səlahiyyət müddəti bitmiş hakimlərinin yerinə təyin ediləcək namizədlərin adları məlum olub

Cəmiyyət Materials 16 İyun 2010 12:36 (UTC +04:00)
Ali Məhkəmədən çərşənbə günü Trend-ə verilən məlumata görə, Məhkəmə-Hüquq Şurası tərəfindən Şirvan Apelyasiya Məhkəməsinin hakimləri İmran Hacıqayıbov, Fərhad Kərimov; Bakı Apelyasiya Məhkəməsinin hakimləri İlqar Dadaşov, Səadət Bəktaşi, Mehparə Əhmədova; Səbail Rayon Məhkəməsinin sədri Gülzar Rzayeva, Naxçıvan Ali Məhkəməsinin hakimi Hafiz Babayevin namizədliklərii Ali Məhkəmənin hakimliyinə təklif olunub.
Azərbaycan Ali Məhkəməsinin səlahiyyət müddəti bitmiş hakimlərinin yerinə təyin ediləcək namizədlərin adları məlum olub

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Ali Məhkəməsinin səlahiyyət müddəti bitmiş hakimlərinin yerinə təyin ediləcək namizədlərin adları məlum olub.

Ali Məhkəmədən çərşənbə günü Trend-ə verilən məlumata görə, Məhkəmə-Hüquq Şurası tərəfindən Şirvan Apelyasiya Məhkəməsinin hakimləri İmran Hacıqayıbov, Fərhad Kərimov; Bakı Apelyasiya Məhkəməsinin hakimləri İlqar Dadaşov, Səadət Bəktaşi, Mehparə Əhmədova; Səbail Rayon Məhkəməsinin sədri Gülzar Rzayeva, Naxçıvan Ali Məhkəməsinin hakimi Hafiz Babayevin namizədliklərii Ali Məhkəmənin hakimliyinə təklif olunub.

Ali Məhkəmənin hakimləri Hacıbala Sadıqov, Müzəffər Ağazadə, Nəriman Hüseynov, Oqtay Maqsudov, Vidadi Həşimovun təqaüd yaşları çatdığından, onların hakimlik səlahiyyətinin müddəti bitir.

Bu hakimlər 2000-ci ilin iyulunda Ali Məhkəməyə hakim təyin olunublar və onların səlahiyyət müddəti 10 ildir. Bu müddət bu ilin iyulunda başa çatır.

Məhkəmə-Hüquq Şurasının bir neçə gün əvvəl keçirilən iclasında səlahiyyət müddətləri başa çatan yuxarı instansiya və digər məhkəmə hakimlərinin fəaliyyəti qiymətləndirilib, ali və apelyasiya instansiyası məhkəmələri hakimlərinin tərkibi və vakant ştatların komplektləşdirilməsi məsələlərinə baxılıb; bu məhkəmələrə yüksək hazırlıqlı hakimlərin təyinatı barədə təkliflər verilib.

Trend-in arayışı: Ali Məhkəmə və Bakı Apelyasiya Məhkəməsində təqaüd yaşı çatmış 7 hakim var. Onlardan 5-i Ali Məhkəmədə, 2-si Bakı Apelyasiya Məhkəməsindədir. Bu məlumat Ali Məhkəmənin və apelyasiya məhkəmələrinin rəsmi internet saytlarında hakimlər barədə verilən məlumatlara istinadən hazırlanıb.

"Məhkəmələr və hakimlər haqqında" qanunun 96-cı maddəsinin tələbinə görə, hakim vəzifəsinə hakimlər ilk dəfə beş il müddətinə təyin olunurlar. Bu müddətin sonunda hakimlərin fəaliyyəti qiymətləndirilir. Qiymətləndirmə nəticəsində, hakimin fəaliyyətində peşəkar çatışmazlıq aşkar edilməsə, Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyətləri son yaş həddinə - 65 yaşadək uzadılır. Son yaş həddinə çatmış hakimin peşəkarlığından istifadə edilməsinə ehtiyac olduqda, Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyət müddəti 70 yaşadək artırıla bilər. İşə baxılan zaman hakimlərin səlahiyyət müddəti başa çatarsa, onların səlahiyyəti həmin işə baxılıb-qurtaranadək davam edir.

"Məhkəmələr və hakimlər haqqında" qanunun 96-cı maddəsinin müddəaları 2005-ci il 1 yanvar tarixinədək hakim vəzifəsinə təyin olunmuş hakimlərə şamil deyil və onlar səlahiyyətlərinin icrasını davam etdirirlər.

Xəbər lenti

Xəbər lenti