...

Azərbaycan bütün dünyaya açıq olan müsəlman ölkələrindən biridir - Roma Papası yanında Mədəniyyət Şurasının prezidenti

Cəmiyyət Materials 17 İyun 2010 13:33 (UTC +04:00)
Azərbaycan bütün dünyaya açıq olan müsəlman ölkələrindən biridir, - bunu Bakıda Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovla görüşündə Roma Papası yanında Mədəniyyət Şurasının prezidenti, arxiyepiskop Canfranko Ravazi deyib.
Azərbaycan bütün dünyaya açıq olan müsəlman ölkələrindən biridir - Roma Papası yanında Mədəniyyət Şurasının prezidenti

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan bütün dünyaya açıq olan müsəlman ölkələrindən biridir, - bunu Bakıda Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovla görüşündə Roma Papası yanında Mədəniyyət Şurasının prezidenti, arxiyepiskop Canfranko Ravazi deyib.

"Azərbaycan bütün dünyaya açıq olan müsəlman ölkələrindən biridir. Biz onun tolerantlıq ənənələrini yüksək dəyərləndirir və katolik dünyasına tanıtmaq istərdik. Azərbaycanda dinə hörmət və dövlət qayğısı, müxtəlif din mənsublarına münasibətdə dözümlülük digər ölkələr üçün, sözün həqiqi mənasında, örnək ola bilər", - Ravazi bildirib. Məlumatı cümə axşamı komitənin mətbuat xidməti yayıb.

Orucov bildirib ki, Azərbaycanda vətəndaşların dini etiqad azadlığı, insanların inanclarına hörmət və dövlət qayğısı Respublika Konstitusiyasında və "Dini etiqad azadlığı haqqında" Qanunda öz əksini tapıb.

"Ölkəmizdə bütün dinlərə və onların mənsublarına eyni yanaşılır. Tarixən etnik-dini tolerantlıq məkanı olan Azərbaycanda heç zaman milli və dini ayrı-seçkilik səbəbindən münaqişələr baş verməyib. Bu ənənənin qorunub-saxlanılmasında Ümummilli lider Heydər Əliyevin xüsusilə böyük xidmətləri olub. Bu gün Prezidentimiz İlham Əliyev həmin siyasəti uğurla davam etdirir", - komitə sədri bildirib.

Xəbər lenti

Xəbər lenti