...

Azərbaycanın transsərhəd çaylarının çirklənmə səviyyəsi üzrə monitorinqin nəticələri açıqlanıb

Cəmiyyət Materials 22 İyun 2010 11:40 (UTC +04:00)
Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində, biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub.
Azərbaycanın transsərhəd çaylarının çirklənmə səviyyəsi üzrə monitorinqin nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir K. Zərbalıyeva/

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyunun ikinci on günlüyündə Kür və Araz transsərhəd çaylarının çirklənmə səviyyəsinin monitorinqini keçirib, - bu barədə Trend -a çərşənbə axşamı nazirliyin mətbuat xidmətindən bildirilib.

Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində, biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.

Belə ki, "Şıxlı-2" məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenol 4, mis birləşmələri 3; Ağstafaçay məntəqəsində fenol 2, mis birləşmələri 3; Ağstafaçay su anbarında isə fenol 2, mis birləşmələri 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

İyun ayının II ongünlüyündə Kür çayında suyun sərfi iyun ayının I ongünlüyünə nisbətən, saniyədə 61 kubmetr azalaraq, 432 kubmetr təşkil edib.

Aparılan monitorinqin nəticələrinə görə, Ermənistanla transsərhəd olan Araz çayının Horadiz məntəqəsindən keçən hissəsində suyun əsas çirkləndiricilərindən olan fenol 4, mis birləşmələri 3; Birinci Şahsevən məntəqəsində fenol və mis birləşmələri 4; Bəhramtəpə məntəqəsində fenol 4, mis birləşmələri 3 dəfə YVQH-ni keçib.

Araz çayında suyun sərfi saniyədə 499 kubmetr olub.

Xəbər lenti

Xəbər lenti