...

"Bakı" klubunun Avropa Liqasında qələbə şansları yüksəkdir - alman baş məşqçi

Cəmiyyət Materials 26 İyun 2010 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın "Bakı" klubunun alman baş məşqçisi Avropa Liqasında komandanın qələbə şanslarının yüksək olduğunu deyib.

"Bakı"nın hazırlığı və psixoloji durumu çox yüksəkdir. Hesab edirəm, Bakının Avropa Liqasında qələbə şansları böyükdür. Bunu həyata keçirmək üçün "Bakı"nın hər cür imkanı var",  -  bu barədə şənbə günü Trend-ə klubun yeni təyin olunmuş alman baş məşqçisi Vinfred Şafer bildirib.

Baş məşqçi deyib ki, qələbə qazanmaq üçün özünə, öz gücünə inam olduqca əhəmiyyətlidir.

"Vacib olan meydanda sonadək mübarizə aparmaqdır. İlk növbədə, qələbə üçün döyüşmək əzmini ortaya qoymaq lazımdır. Bunun üçün yaxşı hazırlıq səviyyəsi olmalıdır. Meydana çıxarkən hər bir oyunçu 3 xal üçün, növbəti mərhələyə keçmək üçün mübarizə aparmalıdır. Biz hər bir oyunumuza döyüşkən ruhda çıxacağıq. Biz meydana xal üçün çıxacağıq, uduzmaq üçün yox. Bizim ilk işimiz ondan ibarət olacaq ki, komandada ruh yüksəkliyini və nizam-intizamı təmin edək",  - baş məşqçi bildirib.

"Bakı" klubu Şaferlə ikiillik müqavilə bağlayıb. Klub Avropa Liqasının ikinci təsnifat mərhələsində Çernoqoriyanın "Buduçnost" komandası ilə qarşılaşacaq. İlk oyun iyulun 22-də Bakıda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti