...

İranda həbsdə olan azərbaycanlı alimin səhhətində problemlər yaranıb - Müdafiə Komitəsi

Cəmiyyət Materials 30 İyun 2010 13:04 (UTC +04:00)
Trend-in məlumatına görə, bu barədə Rəşid Əliyevin Hüquqlarını Müdafiə Komitəsinin bu gün keçirdiyi mətbuat konfransında komitənin sədri Soltanhəmid Məlikov məlumat verib.
İranda həbsdə olan azərbaycanlı alimin səhhətində problemlər yaranıb -  Müdafiə Komitəsi

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir K. Zərbalıyeva/

İranda həbsdə olan azərbaycanlı alimin səhhətində problemlər yaranıb.

Trend-in məlumatına görə, bu barədə Rəşid Əliyevin Hüquqlarını Müdafiə Komitəsinin bu gün keçirdiyi mətbuat konfransında komitənin sədri Soltanhəmid Məlikov məlumat verib.

Komitə sədri bildirib ki, İran tərəfi indiyədək alimin hansı ittihamla məhkum olunması barədə Azərbaycanın müvafiq qurumlarına rəsmi məlumat verməyib.

Trend-in arayışı: Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun bioloji sistemlər fizikası laboratoriyasının aparıcı fizik-mühəndisi Rəşid Əliyev İranın "Sazan Elektronics İndustry company" şirkətinin dəvəti və BDU-nun razılığı əsasında başlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində 2006-2008-ci illərdə həmin şirkətdə çalışıb. Şirkətin rəhbərliyi azərbaycanlı alimə İranda daimi qalıb işləməsi ilə bağlı dəfələrlə təklif etsə də, bu təklifləri qəbul etməyib və respublikaya qayıdıb. Şirkətin direktoru Eftexarinin təkidli xahişindən sonra Əliyev sonuncu dəfə ötən ilin oktyabrın 5-də qısa müddətə İrana qayıdıb. Oktyabrın 6-da isə viza problemini bəhanə gətirərək onu həbs ediblər.

Məlikov deyib ki, azərbaycanlı lazer mütəxəssisinin işi ilə bağlı bu ölkənin müvafiq qurumuna sorğu göndərsə də, indiyədək bu sorğulara rəsmi cavab verilməyib.

Komitə sədri deyib ki, Əliyev İran məhkəməsinin hökmü ilə saxta ittihamlarla, özünün iştirakı olmadan 3 il müddətinə azadlıqdan məhrum edilib.

Mətbuat konfransında çıxış edən hüquq müdafiəçiləri alimin hüquqlarının müdafiəsi ilə bağlı geniş kampaniya aparılmasını və bunun beynəlxalq səviyyəyə qaldırılmasını vacib sayıblar. Onlar bu istiqamətdə təxirə salınmadan işlərə başlanılmasına ehtiyac olduğunu vurğulayıblar.

İranın "Sazan Elektronics İndustry company" şirkətinin rəhbəri Abbas Eftexari daha öncə Trend-ə bildirib ki, Əliyevin həbsinin həmin şirkətlə Bakı Dövlət Universiteti arasında bağlanmış müqavilə ilə heç bir əlaqəsi yoxdur.

Xəbər lenti

Xəbər lenti