...

Azərbaycanda bioloji rəngarəngliyin qorunması üzrə uzunmüddətli tədbirlər üçün əlverişli zəmin var – ekologiya nazirinin müavini (FOTO)

Cəmiyyət Materials 5 İyul 2010 12:28 (UTC +04:00)
Azərbaycan ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev Qəbələdə ekoloji konfrans çərçivəsində keçirilən "Bioloji rəngarəngliyə investisiyalar və yaşıl iqtisadiyyata köməyin artırılması" ekspert seminarında ölkədə bioloji rəngarəngliyin və meşələrin qorunması üzrə görülən işlər barədə məlumat verib.
Azərbaycanda bioloji rəngarəngliyin qorunması üzrə uzunmüddətli tədbirlər  üçün əlverişli zəmin var – ekologiya nazirinin müavini (FOTO)

Azərbaycan, Qəbələ, 5 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycan ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev Qəbələdə ekoloji konfrans çərçivəsində keçirilən "Bioloji rəngarəngliyə investisiyalar və yaşıl iqtisadiyyata köməyin artırılması" ekspert seminarında ölkədə bioloji rəngarəngliyin və meşələrin qorunması üzrə görülən işlər barədə məlumat verib.

"Hazırda Azərbaycanda 2011-2020-ci illər ərzində bioloji rəngarəngliyin qorunması üzrə davamlı tədbirlərin görülməsi üçün əlverişli şərait yaradılıb", - o deyib.

Azərbaycanın Qəbələ rayonunda bazar ertəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ətraf Mühitin Qorunması Proqramının təşkilatçılığı ilə BMT Baş Assambleyasının bioloji rəngarənglik üzrə ekoloji nazirlər və ekspertləri səviyyəsindəki qarşıdan gələn görüşünə hazırlıq üçün konfrans işinə başlayıb.

Əliyev ümid etdiyini bildirib ki, bu beynəlxalq tədbirin yekunları üzrə qərarlar qəbul ediləcək və bu qərarlar bioloji rəngarəngliyin qlobal qorunmasına xidmət edəcək.

"Hazırda bioloji rəngarəngliyin qorunması üzrə vahid plan hazırlamaq lazımdır", - seminarda BMT-nin ətraf mühitin qorunması proqramının nümayəndəsi İvonna İquero deyib.

Onun sözlərinə görə, Şərqi Avropa və Qafqazın əksər ölkələri qorunan ərazilərin genişləndirilməsinə başlayıblar; belə ki, bütün dünyada bioloji rəngarəngliklə bağlı itkilərin azaldılmasına ehtiyac duyulur.

İquero ətraf mühitin qorunmasına investisiyaların yatırılmasının əhəmiyyətini də vurğulayıb.

Seminarda Şərqi və Mərkəzi Avropanın, Mərkəzi Asiyanın bioloji rəngarəngliyinin qorunması, ekoloji sistemlərin və bioloji müxtəlifliklərin iqtisadiyyatı, bioloji rəngarənglik üzrə regional və milli səviyyədə fəaliyyətin planlaşdırılması müzakirə edilir.

Nazirliyin xüsusi mühafizə edilən ərazilərin inkişafı və bioloji rəngarəngliyin qorunması üzrə şöbəsinin direktoru Hikmət Əlizadənin jurnalistlərə verdiyi məlumata görə, konfransın yekunları üzrə iyulun 7-də Qəbələ qətnaməsi qəbul ediləcək.

Ətraf mühit üzrə avropalı nazirlərin "Bioloji rəngarənglik və inkişaf üzrə minilliyin məqsədlərinə nail olma" konfransı iyulun 7-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti