...

Avstriyalı jurnalistlər azərbaycanlı həmkarları ilə təcrübələrini bölüşmək niyyətindədirlər

Cəmiyyət Materials 6 İyul 2010 18:01 (UTC +04:00)
Avstriyalı jurnalistlər azərbaycanlı həmkarları ilə təcrübələrini bölüşmək niyyətindədirlər. Trend-in Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə Vyana Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Volfhanq Vislozil BDU rektoru, millət vəkili Abel Məhərrəmovla görüşü zamanı bildirib.
Avstriyalı jurnalistlər azərbaycanlı həmkarları ilə təcrübələrini bölüşmək niyyətindədirlər

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir T.Hacıyev/

Avstriyalı jurnalistlər azərbaycanlı həmkarları ilə təcrübələrini bölüşmək niyyətindədirlər. Trend-in Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə Vyana Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Volfhanq Vislozil BDU rektoru, millət vəkili Abel Məhərrəmovla görüşü zamanı bildirib.

Vislozil qeyd edib ki, Azərbaycanda media sahəsində gedən proseslər, KİV-in inkişaf səviyyəsi, o cümlədən jurnalistika fakültəsi və onun tədris proqramları ilə maraqlanmaq arzusundadırlar.

"Azərbaycan və ümumiyyətlə Cənubi Qafqaz Avropanın diqqətindədir. Avstriyalı jurnalistlərin istəkləri Avropa media təcrübəsini azərbaycanlı həmkarları ilə bölüşmək və jurnalistika fakültəsinin tələbələri üçün mühazirə oxumaqdır", - Vislozil əlavə edib.

Vislozil Avstriya İnformasiya Agentliyinin İdarə Heyətinin üzvü və sədri, Avropa Xəbər Agentliklərinin prezidenti vəzifələrində işləyib, "Keystone AG"nin (Sürix) İdarə Heyətinin üzvü olub. Hazırda Media və Kommunikasiya üzrə Alman Assosiasiyasının və Beynəlxalq Mətbuat İnstitutunun daimi üzvüdür.

BDU rektoru Məhərrəmov qonaqların fikirlərini yüksək qiymətləndirib və onların jurnalistika fakültəsində müzahirə oxumaq fikirlərini təqdir edib, Vislozilin təşəbbüsünü yüksək qiymətləndirib.

Məhərrəmov Azərbaycan təhsil sisteminin Boloniya prosesinə keçməsindən, BDU-da təhsil alan xarici tələbələrdən, jurnalistika fakültəsinin magistr pilləsi ilə bağlı nəzərdə tutulmuş ideyalardan danışıb.

Xəbər lenti

Xəbər lenti