...

Osminoq Paul 2010-cu ildə futbol üzrə dünya çempionunun İspaniya olacağını xəbər verib

Cəmiyyət Materials 9 İyul 2010 15:31 (UTC +04:00)

Okeanariumda yaşayan və indiyədək Almaniyanın iştirakı ilə 2010-cu il Dünya Çempionatının bütün matçlarının nəticələrini düzgün tapan osminoq Paul cümə günü çempionatda İspaniya yığmasının qalib gələcəyini qabaqcadan xəbər verib. Bu barədə "RİA-Novosti" yazır.

Paulun gələcəyi xəbər verməsi cümə günü "N-24" telekanalının efirində birbaşa yayımlanıb. İspaniya və Niderland yığmaları arasında futbol üzrə Dünya Çempionatının final matçı iyulun 11-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti