...

Azərbaycanda ali məktəblərə IV ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

Cəmiyyət Materials 20 İyul 2010 10:25 (UTC +04:00)
Azərbaycanda ali məktəblərə IV ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb
Azərbaycanda ali məktəblərə IV ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda ali məktəblərə IV ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb. Bu barədə çərşənbə axşamı Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən məlumat veriblər. İmtahanın nəticələri TQDK-nın rəsmi internet saytında yerləşdirilib. Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini http://www.tqdk.gov.az internet saytından çap edib götürə bilər.

IV ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün 15348 abituriyent ərizəsini təsdiq etdirmişdi. Onlardan 14710  nəfəri  imtahanda iştirak edib.

Test imtahanının nəticəsinə əsasən 3845 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb. Onlardan 3 nəfəri maksimal nəticə - 700 bal toplayıb.

IV ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması "Abituriyent" jurnalının xüsusi buraxılışında dərc olunub.

 İxtisas seçimi iyulun 25-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə "Abituriyent" jurnalının 3-cü sayında dərc olunub.

IV  ixtisas qrupu üzrə ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər ixtisas seçimində iştirak edə bilərlər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Azərbaycan Dövlət Aqrar Universitetinin IV qrupa daxil olan ixtisaslarına fənnlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir.

IV ixtisas qrupu üzrə dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 350-dən az olmayan abituriyentlər iştirak edə bilər.

Xəbər lenti

Xəbər lenti