Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir M. Əliyev/
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kür və Araz transsərhəd çaylarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə iyul ayının III ongünlüyü üçün növbəti monitorinq həyata keçirib. Bu barədə Trend-ə idarənin mətbuat xidmətindən çərşənbə günü məlumat verilib.
III ongünlükdə Kür çayında suyun sərfi saniyədə 5 kubsantimetr artaraq, saniyədə 163 kubsantimetr təşkil edib.
Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində, biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub.
Araz çayında suyun sərfi saniyədə 165 kubsantimetr olub.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5,20-6,00 mq/l arasında olmaqla, sanitar norma daxilində dəyişib.