Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir M.Əliyev/
Yaxın üç gün ərzində Azərbaycanda isti hava şəraiti davam edəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev bazar ertəsi məlumat verib.
"Bakı və Abşeron yarımadasında hava günəşli olacaq və zəif şimal-şərq küləyi əsəcək. Gündüzlər havanın temperaturu 37-39, bəzi yerlərdə 40 dərəcəyə çatacaq", - Verdiyev bildirib.
Onun sözlərinə görə, avqustun 11-də paytaxtın bəzi yerlərində və yarımadada 41 dərəcə isti müşahidə olunacaq.
Həftənin birinci yarısında Azərbaycanın rayonlarında gündüz saatlarında havanın temperaturu 36-39, dağlarda 30-35 dərəcə təşkil edəcək.
Verdiyev bildirib ki, bu günlər ərzində bəzi Mərkəzi Aran regionlarında və Naxçıvan Muxtar Respublikasında temperaturun 42 dərəcəyə çatacağı gözlənilir.