İsrail buldozerləri Qərbi Yerusəlimin yəhudi məhəlləsində yerləşən, 12-ci əsrə aid qəbiristanlığı dağıdıblar. Türkiyənin "Vətən" qəzetinin saytı məlumat verir.
Qəzet "Əl-Əqsa" İslam Əmlakı Fondunun nümayəndəsi Mahmud Əbu Əttaya istinadən yazır ki, yerli bələdiyyə hakimiyyətinin əmri ilə bu yaxınlarda bərpa edilmiş 200-dən artıq məzar dağıdılıb.
Onun sözlərinə görə, qəbiristanlığın dağıdılması haqqında əmr məhkəmənin qərarına uyğun verilib.
Bu, İsrail hökumətinin ötən ilin payızında Hevron şəhərindəki Patriarxlar mağarası və təkcə yəhudilərin deyil, müsəlmanların da müqəddəs saydığı Vifleyemdəki Rahilin məqbərəsini tarixi irs siyahısına daxil etməsindən sonra, yaranan növbəti etiraz dalğası doğura bilər.
Qərbi Yerusəlim şəhərin İsrailə məxsus hissəsinə aiddir, eyni zamanda, şəhərin şərq hissəsi beynəlxalq hüquq baxımından işğal olunmuş Fələstin ərazisi və müstəqil Fələstin dövlətinin paytaxtı hesab edilir. Lakin İsrail şəhəri özünün "vahid və bölünməz" paytaxtı hesab edir.
İsrail hakimiyyəti dağıdılmış qəbiristanlığın yerində nasist rejimi qurbanlarının xatirəsinə tolerantlıq muzeyi yaratmağı planlaşdırır.