...

Azərbaycanın Ekologiya Nazirliyi yanında yeni idarə yaradılıb

Cəmiyyət Materials 19 Avqust 2010 18:38 (UTC +04:00)
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında yeni idarə yaradılıb. Bu barədə nazirliyin rəsmi saytinda yerləşdirilən məlumatda deyilir.
Azərbaycanın Ekologiya Nazirliyi yanında yeni idarə yaradılıb

Аzərbaycan, Bakı, 19 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında yeni idarə yaradılıb. Bu barədə nazirliyin rəsmi saytinda yerləşdirilən məlumatda deyilir.

Kür və Arazboyu və digər yaşayış məntəqələrində istifadə olunan içməli suyun Ekoloji Standartlarına Nəzarət və Təminat Mərkəzi sutəmizləmə qurğularının istismara verilməsində yol verilən nöqsanları aradan qaldıracaq.

"Əvvəlcə sutəmizləmə qurğuları yerli bələdiyyə orqanlarının balansında yerləşdirilmişdi, lakin üçillik iş təcrübəsi göstərdi ki, bu idarəetmə orqanları avadanlıqların istismara verilməsində bəzi nöqsanlara yol verirlər, işçilərin əməkhaqqını vaxtında ödəmirlər", - məlumatda deyilir.

Ekologiya Nazirliyinin yeni idarəsi bu məsələlərin həlli məqsədilə yaradılıb.

Xəbər lenti

Xəbər lenti