...

Xəzərə axıdılan çirkab sularına görə cərimələr tətbiq edilib

Cəmiyyət Materials 20 Avqust 2010 16:11 (UTC +04:00)
Azərbaycan Ekologiya və Təbii Sərvətlər (ETSN) və Daxili İşlər nazirliklərinin əməkdaşları tərəfindən Xəzər akvatoriyasının çirklənmədən qorunmasının qarşısının alınması məqsədilə Xəzər sahili ərazilərində çirkab sularının qanunamüvafiq qaydada idarəolunma vəziyyətini yoxlamaq məqsədilə reyd keçirilib. Bu barədə Trend-ə ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.
Xəzərə axıdılan çirkab sularına görə cərimələr tətbiq edilib

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir M. Əliyev/

Azərbaycan Ekologiya və Təbii Sərvətlər (ETSN) və Daxili İşlər nazirliklərinin əməkdaşları tərəfindən Xəzər akvatoriyasının çirklənmədən qorunmasının qarşısının alınması məqsədilə Xəzər sahili ərazilərində çirkab sularının qanunamüvafiq qaydada idarəolunma vəziyyətini yoxlamaq məqsədilə reyd keçirilib. Bu barədə Trend-ə ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Reydlər nəticəsində Bakı Şəhər Kanalizasiya Xidmətləri İdarəsinin mexaniki təmizləmə qurğularına daxil olan çirkab sular təmizlənmədən və zərərsizləşdirilmədən Xəzər dənizinə axıdıldığına görə, Bakı Şəhər Kanalizasiya Xidmətləri İdarəsi 27 000 manat məbləğində cərimə edilib.

Eyni qanun pozuntusu ilə "Azərsu" SC 22500 cərimə olunub.

Xəzər sahili ərazisində məişət çirkab suları təmizlənmədən birbaşa və ya yeraltı horizontlarla Xəzər dənizinə sızdığına görə, bir sıra fiziki şəxs inzibati qaydada - 600 manat məbləğində, bəziləri isə 650 manat məbləğində cərimə olunub.

Xəbər lenti

Xəbər lenti