...

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi avqustun birinci yarısında keçirilən reydlərin nəticələrini açıqlayıb

Cəmiyyət Materials 25 Avqust 2010 11:44 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə aparılan araşdırmaların nəticələrini açıqlayıb.
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi avqustun birinci yarısında keçirilən reydlərin nəticələrini açıqlayıb

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir T.Hacıyev/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə aparılan araşdırmaların nəticələrini açıqlayıb.

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən 2010-cu ilin 1-15 avqust tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətini yoxlamaq məqsədilə araşdırma aparılıb. Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 230 akt və protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün icrası məcburi 69 göstəriş verilib". Bu barədə çərşənbə günü Trend-ə ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

"Ümumilikdə, 86 iş üzrə 82 550 manat məbləğində cərimə tətbiq edilib, ondan 6 369 manatı ödənilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 10 iş üzrə 646,46 manat məbləğində iddia qaldırılıb, ötən ildən qalan cərimə ilə birlikdə 1828,14 manatın ödənilməsi təmin edilib. İdarə və müəssisələrə 127 iş üzrə 10129,2 manat məbləğində ödəmə tətbiq edilib; ötən ildən qalan məbləğlə birlikdə 14 301 manatın ödənilməsi təmin olunub", - İbrahimova əlavə edib.

Onun sözlərinə görə, su ehtiyatlarının mühafizəsi üzrə 40 akt və protokol tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 21 icrası məcburi  göstəriş verilib.

"20 iş üzrə 12 150 manat məbləğində cərimə, 26 iş üzrə 1 558 manat məbləğində ödəmə tətbiq edilib. Atmosfer havasının mühafizəsinə nəzarət məqsədilə də müvafiq araşdırmalar aparılıb. Bir iş üzrə 2 500 manat məbləğində cərimə, 67 iş üzrə 5317,2 manat məbləğində ödəmə tətbiq edilib, 1 iş üzrə 15 manat məbləğində iddia qaldırılıb".

İbrahimova bildirib ki, torpağın mühafizəsi sahəsində də pozuntular aşkar olunub. "İki iş üzrə 2 700 manat məbləğində cərimə, 9 iş üzrə isə 630 manat məbləğində ödəmə tətbiq edilib.

Yerin təkinin mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 4 iş üzrə 2 000 manat məbləğində cərimə tətbiq edilib, dəymiş ziyanla bağlı 1 iş üzrə 22 manat məbləğində iddia qaldırılıb, 2 iş üzrə 600 manat məbləğində ödəmə tətbiq edilib", - İbrahimova deyib.

Onun sözlərinə görə, tullantıların idarə edilməsində də pozuntular aşkar olunub.

"Tullantıların idarə olunması sahəsində aşkar edilmiş qanun pozuntularına görə, 51 iş üzrə 60 800 manat məbləğində cərimə, 23 iş üzrə isə 2 024 manat məbləğində ödəmə tətbiq edilib; dəymiş ziyanla bağlı 4 iş üzrə 400 manat məbləğində iddia qaldırılıb", - İbrahimova bildirib.

ETSN-nin mətbuat katibi flora və faunanın mühafizəsi sahəsində aşkarlanmış  qanun pozuntularından da danışıb. "Floranın mühafizəsi sahəsində 7 iş üzrə 1 300 manat, faunanın mühafizəsi sahəsində isə 1 iş üzrə 1 100 manat məbləğində cərimə tətbiq edilib. Floranın mühafizəsi sahəsində 4 iş üzrə 209,46 manat məbləğində iddia qaldırılıb",  - İbrahimova deyib.

Xəbər lenti

Xəbər lenti