...

BMT və Qlobal Ekoloji Fond Türkmənistanda Xəzərin biomüxtəlifliyinin saxlanılmasına yardım edir

Cəmiyyət Materials 26 Avqust 2010 15:01 (UTC +04:00)
BMT-nin İnkişaf Proqramı və Qlobal Ekoloji Fond Türkmənistanda Xəzərin biomüxtəlifliyinin saxlanılmasına yardım edir.
BMT və Qlobal Ekoloji Fond Türkmənistanda Xəzərin biomüxtəlifliyinin saxlanılmasına yardım edir

Тürkmənistan, Aşqabad, 26 avqust /Trend, müxbir H.Həsənov/

BMT-nin İnkişaf Proqramı və Qlobal Ekoloji Fond Türkmənistanda Xəzərin biomüxtəlifliyinin saxlanılmasına yardım edir.

Bu məqsədlə ölkənin qərbində - Balkanabad şəhərində, Xəzəryanı kəndlərin Çekişlər, Qaragel, Qızılsuvun sakinləri üçün həyətyanı quşçuluq və maldarlıq məsələləri üzrə seminar keçirilib.

BMT-nin press-relizində verilən məlumata görə, bu növlər Xəzər dənizinin bioloji müxtəlifliyini saxlamaq məqsədilə təsərrüfatın alternativ yolla aparılması kimi nəzərdə tutulur.

"Xəzər dənizi sahilində Xəzər qoruğunda biomüxtəlifliyin saxlanılması və davamlı istifadəsi" adlı birgə layihə 2006-cı ildən bəri Türkmənistan Təbiəti Mühafizə Nazirliyi ilə tərəfdaşlıq çərçivəsində gerçəkləşdirilir.

Layihənin əsas məqsədi Xəzər qoruğu üçün eksperimental idarə modeli əsasında milli mühafizə əraziləri sisteminin davamlılığının möhkəmləndirilməsi vasitəsilə ölkənin bioloji müxtəlifliyinin saxlanılmasıdır.

Mütəxəssislər Balkanabadda keçirilən seminar iştirakçılarına quşçuluq və maldarlıq haqqında effektiv metodlar, xəstə quşlar, heyvanların müalicə və profilaktika yolları, onların məhsuldarlığının artırılması, yemləmə xüsusiyyətləri, marketinq tədqiqatlarının aparılması və məhsul satışı bazarının axtarışı üsulları haqqında məlumat veriblər.

Xəbər lenti

Xəbər lenti