...

Sentyabrın əvvəllərində Kürdə suyun sərfi azalıb – Ekologiya Nazirliyi

Cəmiyyət Materials 14 Sentyabr 2010 14:21 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə sentyabrın I ongünlüyü üçün növbəti monitorinq həyata keçirib, - bu barədə Trend-ə çərşənbə axşamı idarənin mətbuat xidmətindən məlumat veriblər.
Sentyabrın əvvəllərində Kürdə suyun sərfi azalıb – Ekologiya Nazirliyi

Аzərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir М.Əliyev/

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə sentyabrın I ongünlüyü üçün növbəti monitorinq həyata keçirib, - bu barədə Trend-ə çərşənbə axşamı idarənin mətbuat xidmətindən məlumat veriblər.

Sentyabr ayının I ongünlüyündə Kür çayında suyun sərfi avqust ayının III ongünlüyünə nisbətən 4,6 m3/san azalaraq 85 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub.

Aparılan monitorinqin nəticələrinə görə, Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 6,19 m3/san olub.

Suyun oksigen rejimi bütün məntəqələrdə 6,12-6,49 mq/l arasında olmaqla, sanitar norma daxilində dəyişib.

Xəbər lenti

Xəbər lenti