...

Azərbaycanlı gimnast Aliyə Qarayeva Moskvada keçirilən Dünya Çempionatının bürünc mükafatçısı olub (FOTO)

Cəmiyyət Materials 22 Sentyabr 2010 11:04 (UTC +04:00)
Azərbaycanlı gimnast Aliyə Qarayeva Moskvada bədii gimnastika üzrə Dünya Çempionatının bürünc mükafatçısı olub.
Azərbaycanlı gimnast Aliyə Qarayeva Moskvada keçirilən Dünya Çempionatının bürünc mükafatçısı olub (FOTO)

Rusiya, Moskva, 22 sentyabr /Trend, xüsusi müxbir Y.Kriştalyov/

Azərbaycanlı gimnast Aliyə Qarayeva Moskvada bədii gimnastika üzrə Dünya Çempionatının bürünc mükafatçısı olub.

Dünən Moskvadakı "Olimpiya" İdman Kompleksində final yarışlarının ip və halqa ilə oyunları keçirilib. Azərbaycan nümayəndəsi Aliyə Qarayeva hər iki növdə çıxış edib. Halqa ilə oyunda o, 27.650 xal toplayaraq üçüncü yeri tutub. Azərbaycanlı gimnast Ukrayna və Belarusdan olan rəqiblərini qabaqlaya bilib.

Halqa ilə oyundan sonra, Ümumrusiya Gimnastika Federasiyasının rəhbəri İrina Viner ucadan bildirib: "Bax, indi mən əsl Aliyə Qarayevanı gördüm". İdmançı özü çıxışından razı qaldığını və hələlik, ola bisin, birincilikdə ən yaxşılardan olduğunu bildirib: "Anlayıram ki, tamaşaçılar tərəfindən görünməyən pozulub-düzəldilmiş yerlər və səhvlər olub. Yarışlarda heç də həmişə məşqlərdəki kimi çıxış edə bilmirsən. Amma ümumilikdə, Moskvadakı yarışlarda halqa çıxışımda bürünc mükafatçı olduğumdan razıyam".

Bundan əvvəl Azərbaycanın iplə oyunda yeganə təmsilçisi olan Aliyə Qarayeva, az qala, üçüncü yeri tutacaqdı. Hakimlər onun çıxışını 27.250 xalla qiymətləndiriblər. Sonda o, Ukrayna təmsilçisi Alina Maksimenkoya (27.300 xal) 50 xalla məğlub olub. Daha sonra mükafatçıların üçlüyünə iplə oyunda əla çıxış edən və buna görə 27.650 xal alan Belarus gimnast Meletina Stayuta çətinliklə daxil olub.

Sonda yüksək pillənin iki yuxarı pilləsində rusiyalılar Yevgeniya Kanayeva və Darya Kondakova qalxıb, üçüncü yeri isə Melitina Stanyuta tutub.

Xəbər lenti

Xəbər lenti