...

Azərbaycanda tikinti dələduzluğu ilə bağlı cinayət işi açılıb - DİN

Cəmiyyət Materials 6 Noyabr 2010 13:05 (UTC +04:00)
DİN-in mətbuat xidmətinin şənbə günü yaydığı məlumata görə, cinayət işi vətəndaşların çoxsaylı müraciəti əsasında şirkət tərəfindən Bakı şəhərində inşa olunan 414 mənzilli binada bir mənzilin 3 və daha artıq şəxsə satılması faktı üzrə Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq (178.3.2) maddəsi ilə başlanıb.
Azərbaycanda tikinti dələduzluğu ilə bağlı cinayət işi açılıb - DİN

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Daxili İşlər Nazirliyində "MUR-AY" MMC tikinti şirkətinə qarşı cinayət işinə başlayıb.

DİN-in mətbuat xidmətinin şənbə günü yaydığı məlumata görə, cinayət işi vətəndaşların çoxsaylı müraciəti əsasında şirkət tərəfindən Bakı şəhərində inşa olunan 414 mənzilli binada bir mənzilin 3 və daha artıq şəxsə satılması faktı üzrə Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq (178.3.2) maddəsi ilə başlanıb.

İş üzrə intensiv istintaq hərəkətləri aparılmaqla vətəndaşlara vurulmuş ziyanın ödətdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Xəbər lenti

Xəbər lenti