...

Ombudsman Aparatında BMT nümayəndəsinin iştirakı ilə Universal Dövri İcmal üzrə tövsiyələrin icrası müzakirə olunub

Cəmiyyət Materials 12 Noyabr 2010 19:49 (UTC +04:00)
Ötən ilin fevralında BMT-nin İnsan Hüquqları Şurasında (İHŞ) Azərbaycanın ilk hesabatı dinlənilib və Şura tərəfindən ölkəmizə dair bir neçə tövsiyə bildirilib.
Ombudsman Aparatında BMT nümayəndəsinin iştirakı ilə Universal Dövri İcmal üzrə tövsiyələrin icrası müzakirə olunub

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Ötən ilin fevralında BMT-nin İnsan Hüquqları Şurasında (İHŞ) Azərbaycanın ilk hesabatı dinlənilib və Şura tərəfindən ölkəmizə dair bir neçə tövsiyə bildirilib. Bu tövsiyələrin icrası vəziyyətini diqqətdə saxlayan Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymnaova ötən ilin aprelində onların səmərəli icrasının təmin edilməsi məqsədilə müvafiq dövlət və qeyri-hökumət təşkilatlarının iştirakı ilə müzakirələr təşkil edib. Bu barədə cümə günü Ombudsman Aparatının məlumatında deyilir.

İnsan hüquqları sahəsində yeni mexanizm olan Universal Dövri İcmal (UDİ) prosesi davamlı bir proses olduğundan ombudsman müntəzəm olaraq bu tövsiyələrin icrası vəziyyətinin monitorinqini aparır. Məhz bu tövsiyələrin icrasının müzakirəsi üçün BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Avropa, Mərkəzi Asiya və Amerika bölməsinin rəhbəri Cianni Maqazzeni, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz ölkələri insan hüquqları üzrə müşavirinin vəzifəsini icra edən Draqan Laloşeviç ölkəmizdə səfərdə olub, Ombudsman Aparatında aidiyyəti dövlət qurumları, QHT-lər, habelə təsisatın əməkdaşlarının iştirakı ilə dəyirmi masa keçirilib.

Həmin tövsiyələrin icrası prosesinin ölkəmizdə uğurla icra olunan İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) tərkib hissələrindən biri olduğunu bildirən ombudsman MFP-nin təbliği və tətbiqi vəziyyətinin monitorinqi məqsədilə yerli icra hakimiyyəti və bələdiyyələrin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, yerli QHT-lərin, habelə KİV-in və icmaların nümayəndələrinin iştirakı ilə ölkənin bütün şəhər və rayonlarında keçirdiyi ictimai dinləmələrdə İnsan Hüquqları Şurası, o cümlədən də Universal Dövri İcmal mexanizmi haqqında da iştirakçılara ətraflı məlumat verdiyini, müzakirə etdiyini bildirib.

Maqazzeni çıxışında Universal Dövri İcmal anlayışının mahiyyəti, insan hüquqları sahəsində bu yeni mexanizmin həyata keçirilməsinin məqsəd və vəzifələri barədə iştirakçılara ətraflı məlumat verib.

Ombudsman həmçinin bütün ölkə üzrə yerli QHT-lər və resurs mərkəzlərinin imkanlarını gücləndirməklə insan hüquqları üzrə, həmçinin zorakılığa qarşı, sağlam həyat tərzini təbliğ edən geniş maarifləndirmə işinin təşkilinin, UDİ-nin icrası ilə bağlı saziş qurumlarında Azərbaycanın hesabatları üzrə tövsiyələr nəzərə alınmaqla İHŞ ilə əlaqələndirilmiş şəkildə iş aparılmasını, UDİ üzrə iştirakçı təşkilatların - dövlət qurumları, vətəndaş cəmiyyəti, icmaların cari ildə gördükləri işlərin nəticələrini və 2011-ci il üçün təkliflərini yekunlaşdırıb MFP-nin 2010-cu ildə icrası ilə bağlı əldə edilmiş nəticələri əks etdirən hesabata onun tərkib hissəsi kimi daxil etməyi və nəşr olunmuş kitabı təcrübə mübadiləsi məqsədilə ölkənin hər bir rayonunun icra hakimiyyəti, bələdiyyələr, QHT-lər və s. arasında yaymağı, UDİ tərkib hissəsi olan İnsan hüquqları üzrə MFP-nin vaxtı bitmiş maddələri üzrə yekun hesabatın və 2011-2013-cü illər üçün yeni təkliflərin təqdim edilməsini də təklif edib.

Xəbər lenti

Xəbər lenti