...

TQDK Azərbaycan ali məktəblərinin magistraturalarına qəbul qaydalarını açıqlayıb

Cəmiyyət Materials 1 Dekabr 2010 11:30 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycanda 2011/2012-ci tədris ili üçün ali məktəblərin magistraturalarına qəbul qaydalarını açıqlayıb. Bu barədə çərşənbə günü Trend-ə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib.
TQDK Azərbaycan ali məktəblərinin magistraturalarına qəbul qaydalarını açıqlayıb

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir M.Əliyev/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycanda 2011/2012-ci tədris ili üçün ali məktəblərin magistraturalarına qəbul qaydalarını açıqlayıb. Bu barədə çərşənbə günü Trend-ə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib.

Onun sözlərinə görə, çərşənbə günü satışa çıxarılan "Magistr" jurnalının birinci buraxılışında qəbul qaydaları ilə yanaşı, açıq test tapşırığı nümunələri, xarici dillər, informatika, eləcə də məntiq üzrə qəbul imtahanı proqramları dərc olunub.

Magistraturaya qəbul imtahanlarının vaxtı yanvarın sonunda açıqlanacaq.

Azərbaycanda magistraturaya qəbul imtahanı iki mərhələdə, test üsulu ilə aparılır. Birinci mərhələdə bakalavr məntiq, xarici dil və informatika üzrə, ikinci mərhələdə isə seçilmiş ixtisas üzrə test suallarını cavablandırır.

Xəbər lenti

Xəbər lenti