...

Azərbaycanın Ailə Məcəlləsinə soyad sonluqlarının formaları ilə bağlı dəyişiklik edilə bilər

Cəmiyyət Materials 1 Dekabr 2010 18:03 (UTC +04:00)
Azərbaycanın Ailə Məcəlləsinə soyad sonluqlarının formaları ilə bağlı dəyişiklik edilə bilər. Bu barədə çərşənbə günü jurnalistlərə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib.
Azərbaycanın Ailə Məcəlləsinə soyad sonluqlarının formaları ilə bağlı dəyişiklik edilə bilər

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Ailə Məcəlləsinə soyad sonluqlarının formaları ilə bağlı dəyişiklik edilə bilər. Bu barədə çərşənbə günü jurnalistlərə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib.

"Ədliyyə və Daxili İşlər nazirliklərinin rəylərindən sonra ya Ailə Məcəlləsinə dəyişiklik ediləcək, ya da ölkə Prezidentinin bununla bağlı ayrıca sərəncamı olacaq", - Cəfərov bildirib.

Komitə sədrinin sözlərinə görə, yeni dəyişikliyin yeni doğulan uşaqlara tətbiq olunması məcburi olacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində yaradılmış Xüsusi Komissiya soyadlarla bağlı xüsusi konsepsiya hazırlayıb və Ədliyyə Nazirliyinə təqdim edib.

Azərbaycan vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında 1993-cü ildə qəbul olunan qanuna əsasən, ölkə vətəndaşları "-ov", "-yev" sonluqlu soyadlarını "-lı" (sözün kökündən asılı olaraq "-li", "-lu", "-lü"), "oğlu", "qızı" sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər.

"Hazırda son təsdiq olunmuş variantda 4 soyad sonluğu forması var - şəkilçisiz forma, "-lı", "-li", "-lu", "-lü" forması, "-oğlu" forması və "-soy", "-gil" forması", - Cəfərov bildirib.

"Hazırda "-zadə" soyad sonluğunun problemi var. Bugünkü soyadların 80 faizə qədəri "-ov", "-yev"dir, 10 faizə qədəri "-lı", "-li", "-lu", "-lü"-dür, qalan 10 faizi isə "-zadə" sonluqludur", - Cəfərov bildirib.

Xəbər lenti

Xəbər lenti