Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir T.Cəfərov/
Azərbaycanın İrandakı səfiri cümə axşamı Qum şəhərində İran müctəhidi ayətullah Lütfullah Safi Qulpayqani ilə görüşüb.
"Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə 1500 məscid tikilib. Bibiheybət ziyarətgahında yenidənqurma işləri aparılıb", - Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov görüşdə deyib. Məlumatı İranın MEHR xəbər agentliyi yayıb.
Qulpayqani bildirib ki, müsəlmanlar dünyanın hər bir yerində müştərək mənafeyə malikdirlər.
"Biz dünyanın bütün müsəlmanlarının başıucalığını istəyirik. Bizim üçün İslam ölkələri arasında fərq yoxdur", - ayətullah deyib.
Qulpayqani Azərbaycanda dini və islami dəyərlərin qorunub saxlanılmasının zəruriliyindən danışıb.
Ayətullah İran və Azərbaycan arasında əlaqələrin bütün sahələrdə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.