Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda 90 yaşlı kişi özünü asıb. Bakının Yasamal rayon prokurorluğundan cümə axşamı Trend-ə verilən məlumata görə, 1920-ci il təvəllüdlü Soltan Hacıyev yaşadığı Şərifzadə küçəsi 182 saylı evin eyvanında özünü asaraq intihar edib.
Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125) maddəsi ilə cinayət işi başlanıb.