...

Akrobatik gimnastika üzrə Bakı çempionatının qalibləri müəyyənləşib

Cəmiyyət Materials 18 Dekabr 2010 16:17 (UTC +04:00)
Dekabrın 18-də Bakıda akrobatik gimnastika üzrə 17-ci paytaxt çempionatı başa çatıb. Bu barədə Azərbaycan Gimnastika Federasiyasının məlumatında deyilir.
Akrobatik gimnastika üzrə Bakı çempionatının qalibləri müəyyənləşib

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir M.Əliyev/

Dekabrın 18-də Bakıda akrobatik gimnastika üzrə 17-ci paytaxt çempionatı başa çatıb. Bu barədə Azərbaycan Gimnastika Federasiyasının məlumatında deyilir.

Yarışlarda Bakı gimnastika məktəbini, "Təhsil", "Neftçi" və Nizami rayon idman məktəbini təmsil edən 38 akrobat iştirak edib.

Qadınların cütlüyündə idman ustaları arasında qələbəni keçən həftə Minskdə beynəlxalq turnirdə beşinci yeri tutan Aynur Hüseynova - Nərmin Ramazanova qazanıblar.

Kişilərin cütlüyündə Faiq Sultanov və Murad Kərimov Bakı çempionu olublar, qatışıq cütlüklərdə isə fəxri kürsünün yüksək pilləsinə İsmayıl və Naid İsmayılovlar qalxıblar.

Qadınların trio turnirində Evelina Vələşiyeva, Cəmilə İbrahimli və Ayşan Salamova izləyicilərini geridə qoyublar.

Kişi qrupların yarışmalarında birinciliyi Mikayıl Rüstəmov, Altay Əhədov, Şahverdi Zeynalov və Nihad Bağırov qazanıblar.

Xəbər lenti

Xəbər lenti