...

Rusiyanın Azərbaycandakı səfirliyi rus dili və ədəbiyyatı üzrə ilin ən yaxşı müəllimlərini mükafatlandırıb

Cəmiyyət Materials 24 Dekabr 2010 17:37 (UTC +04:00)
Rusiyanın Azərbaycandakı səfirliyi cümə günü "Rus dili və ədəbiyyatı üzrə ilin ən yaxşı müəllimi" və "Rus dili və ədəbiyyatının tədrisi üzrə ən yaxşı məktəb" müsabiqələrinin qaliblərini mükafatlandırıb.
Rusiyanın Azərbaycandakı səfirliyi rus dili və ədəbiyyatı üzrə ilin ən yaxşı müəllimlərini mükafatlandırıb

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir E.Tariverdiyeva/

Rusiyanın Azərbaycandakı səfirliyi cümə günü "Rus dili və ədəbiyyatı üzrə ilin ən yaxşı müəllimi" və "Rus dili və ədəbiyyatının tədrisi üzrə ən yaxşı məktəb" müsabiqələrinin qaliblərini mükafatlandırıb.

Müsabiqələr Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə Rusiya səfirliyi və RF-nin MDB, xaricdə yaşayan həmvətənlərin işləri və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyinin (Россотрудничества) Azərbaycandakı nümayəndəliyi tərəfindən keçirilib. Müsabiqələrdə Bakı və regionların 50-dən çox məktəbi iştirak edib.

Dəvət edilənlərə giriş sözü ilə Rusiya səfiri Vladimir Doroxin müraciət edib.

"Biz Azərbaycan rəhbərliyinin rus dilində yazmaq, oxumaq istəyənlərin istədiklərini edə bilmələri üçün hüquqi və maddi cəhətdən şərait yaratmaqdan ibarət olan mövqeyini Rusiyada çox yüksək dəyərləndiririk. Lakin əsas odur ki, Azərbaycanda bu imkanlara tələbat var", - Doroxin bildirib.

Onun sözlərinə görə, bu gün iki dövlət realizm və praqmatizm ruhunda yaşayır. "Və Rusiya öz tərəfindən əlindən gələni edəcək ki, Azərbaycanda rus dilinə bundan sonra da tələbat olsun", - o qeyd edib.

"İdeyası Azərbaycanın təhsil nazirinə məxsus olan bu müsabiqə Azərbaycanda rus dilinin yayılması üzrə addımlardan biridir", - Doroxin bildirib.

Səfirin sözlərinə görə, ikidillilik və rus ədəbiyyatı ilə bağlılıq Azərbaycanın rifahıdır.

Bakının 20, 95, 145 saylı məktəbləri, 160 saylı klassik gimnaziya, Bakı Slavyan Universiteti yanında Humanitar Lisey, eləcə də Şamaxının 2 saylı və Xaçmazın 8 saylı orta məktəbləri ən yaxşı məktəb seçilib.

"Rus dili və ədəbiyyatı üzrə ən yaxşı müəllim" adına Bakı, Sumqayıt, Şamaxı və Xaçmazın orta məktəblərinin və İvanovka kənd məktəbinin müəllimləri layiq görülüblər.

Xəbər lenti

Xəbər lenti