...

Azərbaycan Prezidentinin sərəncamı ilə əfv edilən məhkumların azad edilməsi prosesi başlayıb

Cəmiyyət Materials 30 Dekabr 2010 11:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə əfv edilən məhkumların azad edilməsi prosesi başlayıb.

Sərəncamla 20-si xüsusi müəssisələrdə cəza çəkənlər olmaqla, 92 məhkum əfv edilib. Bu barədə Azərbaycan Ədliyyə Nazirliyi Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov deyib.

Onun sözlərinə görə, əfv edilənlər arasında dörd Banqladeş, iki Əfqanıstan və iki Pakistan vətəndaşı var.

Sayca 48-ci olan əfv sərəncamına əsasən, azadlıqdan məhrum edilənlənlərdən 71 nəfər əfv edilib. Əfv olunanlardan 15 nəfər azadlığı məhdudlaşdırılanlar, 5-i cərimə cəzası ilə məhkum olunanlar və biri 2010-cu il fevralın 2-də Qax Məhkəməsi tərəfindən şərti cəzaya məhkum edilən 1969-cu il təvəllüdlü Kərimova Güldanədir.

1994-cü ildən etibarən imzalanan 47 əfv etmə sərəncamı ilə 5 029 nəfər cəzadan azad edilib. Sərəncamlardan 32-si ümummilli lider Heydər Əliyev, 15 isə Prezident İlham Əliyev tərəfindəm imzalanıb. İndiyə kimi Azərbaycanda imzalanan səkkiz amnistiya aktı 40 minə yaxın şəxsə tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti