...

Azərbaycanda hərbi xidmətə çağırışın əsaslarına dair qanuna dəyişikliklərlə bağlı dövlət qurumlarının təklifləri araşdırılır

Cəmiyyət Materials 8 Yanvar 2011 09:30 (UTC +04:00)
Azərbaycanda "Hərbi xidmətə çağırışın əsasları haqqında" qanuna dəyişikliklərlə bağlı hazırda dövlət qurumlarının təklifləri araşdırılır. Bunu cümə günü Trend-ə deputat, Respublika Hərbi Çağırış Komissiyasının üzvü Siyavuş Novruzov bildirib.
Azərbaycanda hərbi xidmətə çağırışın əsaslarına dair qanuna dəyişikliklərlə bağlı dövlət qurumlarının təklifləri araşdırılır

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda "Hərbi xidmətə çağırışın əsasları haqqında" qanuna dəyişikliklərlə bağlı hazırda dövlət qurumlarının təklifləri araşdırılır. Bunu cümə günü Trend-ə deputat, Respublika Hərbi Çağırış Komissiyasının üzvü Siyavuş Novruzov bildirib.

"Hərbi çağırışın əsasları ilə bağlı ayrı-ayrı dövlət qurumlarının təklifləri gəlib. Ölkənin Hərbi Doktrinası qəbul olunduqdan sonra hərblə bağlı olan müəyyən qanunlar, o cümlədən "Hərbi xidmətə çağırışın əsasları haqqında" qanun da doktrinaya uyğunlaşdırılmalıdır", - Novruzov deyib.

Deputat bildirib ki, dövlət qurumlarının təklifləri araşdırıldıqdan sonra dəyişikliklərin nədən ibarət olduğu barədə mətbuata açıqlama veriləcək.

Azərbaycan Təhsil Nazirliyi "Hərbi xidmətə çağırışın əsasları haqqında" qanuna dəyişikliklərin edilməsi barədə təkliflər hazırlayır. Bu barədə öncə Trend-ə təhsil naziri Misir Mərdanov deyib.

Nazirin sözlərinə görə, təkliflərdə magistraturaya qəbul olan bakalavrların təhsillərini başa vurana qədər hərbi xidmətə çağırılması praktikasından imtina öz əksini tapacaq.

Hazırda magistraturaya qəbul olan bakalavrlar hərbi xidməti keçdikdən sonra bu mərhələdə təhsillərini davam etdirirlər.

Hazırda qüvvədə olan qanun 1992-ci ildə qəbul edilib.

Xəbər lenti

Xəbər lenti