...

Azərbaycan və Avropa İttifaqı "Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə" imzalayıblar (YENİLƏNİB) (FOTO)

Cəmiyyət Materials 13 Yanvar 2011 20:08 (UTC +04:00)
Cümə axşamı geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Avropa İttifaqı sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan və Avropa İttifaqı "Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə" imzalayıblar (YENİLƏNİB) (FOTO)

Fotoşəkillər əlavə olunub

Cümə axşamı geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Avropa İttifaqı sənədlərinin imzalanması mərasimi olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Sədri Xose Manuel Barrozu "Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə" imzalayıblar.

"Azərbaycan Respublikası və Avropa Komissiyası arasında 2011-2013-cü illər üzrə Milli İndikativ Proqrama dair Anlaşma memorandumu"nu və "Azərbaycan Respublikası və Avropa Komissiyası arasında hərtərəfli institusional quruculuq proqramının çərçivə sənədi üzrə Anlaşma memorandumu"nu Azərbaycanın Avropa İttifaqı yanında daimi nümayəndəliyinin rəhbəri Emin Eyyubov və Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia imzalayıblar.

Fotoşəkillər - Azərbaycan Prezidentinin rəsmi intetnet saytı

Xəbər lenti

Xəbər lenti