...

Azərbaycanda Olimpiya Hərəkatı və İdman Muzeyi yaradılacaq

Cəmiyyət Materials 15 Yanvar 2011 10:51 (UTC +04:00)
Azərbaycanda Olimpiya Hərəkatı və İdman Muzeyinin, həmçinin Şahmat Sarayının tikilməsi planlaşdırılır.
Azərbaycanda Olimpiya Hərəkatı və İdman Muzeyi yaradılacaq

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanda Olimpiya Hərəkatı və İdman Muzeyinin, həmçinin Şahmat Sarayının tikilməsi planlaşdırılır. Bu barədə Azərbaycan gənclər və idman naziri Azad Rəhimov Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, həmçinin Respublika İdman Tibb Mərkəzinin inşasına başlanılıb, Bakıda hovuz kompleksinin layihə-smeta sənədləri hazırlanır və tikintiyə hazırlıq işləri gedir.

"Müvafiq federasiyalarla birlikdə boks, cüdo, güləş və karate idman mərkəzlərinin layihə-smeta sənədləri hazırlanır və tikintiyə hazırlıq işləri aparılır", - Rəhimov bildirib.

Nazir qeyd edib ki, son zamanlar idman komplekslərinin dünya çempioantlarının və Olimpiya Oyunlarının keçirilməsi üçün ən müasir texnoloji imkanlara malik olmasına xüsusi diqqət yetirilir.

Rəhimov Gimnastika Kompleksinin tikintisinin davam etdirildiyini də bildirib.

2010-cu ildə Azərbaycanda beş Olimpiya-İdman Kompleksi istismara verilib, bununla da indiyədək tikilib istifadəyə verilmiş Olimpiya Komplekslərinin sayı 28-ə çatıb. Hazırda daha 11 kompleksin tikintisi davam etdirilir. Gənclər və idman naziri iclas zamanı bildirib ki, 2011-ci ildə altı kompleksin istismara verilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti