...

Azərbaycanın FM tezliyində yeni radionun qalibi məlum olub

Cəmiyyət Materials 18 Yanvar 2011 17:25 (UTC +04:00)
Azərbaycanın FM tezliyində yeni radionun adı məlum olub. Trend-in məlumatına görə, Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) bu gün keçirilən iclasında qalib "Radio Azad xəbər" olub.
Azərbaycanın FM tezliyində yeni radionun qalibi məlum olub

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanın FM tezliyində yeni radionun adı məlum olub. Trend-in məlumatına görə, Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) bu gün keçirilən iclasında qalib "Radio Azad xəbər" olub.

MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib ki, bu kanalda ictimai, siyasi, mədəni, iqtisadi və sosial xəbərlər veriləcək, əyləncəli xəbərlər yayımlanmayacaq.

"Bu kriteriyaya görə həmin radio müsabiqənin qalibi seçilib", - Məhərrəmli deyib.

Yeni radiokanalın yaradılması üzrə elan edilən müsabiqə ilə bağlı üç müraciət daxil olub.

103.3-cü FM tezliyində yer almaq üçün "Radio Azad xəbər", "Radio Obyektiv" və "Alternativ radio" tərəfindən müraciət olunub.

Müraciət edənlərdən ilk ikisi hüquqi, üçüncüsü fiziki şəxsdir.

103.3-cü FM tezliyində yer alacaq radio kanalı üzrə müsabiqə üçün noyabrın 25-dən dekabrın 25-ə qədər sənəd qəbulu həyata keçirilib.

Azərbaycanda 13 radio fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti