...

Bakıda qəbristanlıqda dəfn mərasimində odlu silahdan atəş açan şəxsin evindən silah-sursat tapılıb - DİN

Cəmiyyət Materials 4 Fevral 2011 14:13 (UTC +04:00)
Bakıda qəbristanlıqda dəfn mərasimində odlu silahdan atəş açan şəxsin evindən silah-sursat tapılıb.
Bakıda qəbristanlıqda dəfn mərasimində odlu silahdan atəş açan şəxsin evindən silah-sursat tapılıb - DİN

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda qəbristanlıqda dəfn mərasimində odlu silahdan atəş açan şəxsin evindən silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, yanvarın 22-də saat 14:00 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisindəki qəbiristanlıqda Samir Ağayevin dəfn mərasimində Ağdam rayon sakini Nicat Məmmədov Zabrat qəsəbə sakini Mahir Əsədullayevlə münaqişə edib.

Bu zaman Zabrat qəsəbə sakini Hacı Vəliyev "TT" markalı tapançadan havaya bir dəfə atəş açıb.

Sabunçu rayon Polis İdarəsinin 13-cü və 15-ci polis bölmələrinin əməkdaşları tərəfindən Vəliyevin evinə baxış keçirilib. Oradan 1 ədəd xaricdə istehsal olunmuş "TT" markalı, 1 ədəd "DQFM" markalı, 1 ədəd "Barabella" markalı tapançalar və 19 ədəd müxtəlif çaplı güllə aşkar edilərək götürülüb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Hacı Vəliyev və atası Xeybər Vəliyev saxlanılıblar.

Xəbər lenti

Xəbər lenti