...

Azərbaycanda onkoloji xəstəliklərin risk faktorları

Cəmiyyət Materials 4 Fevral 2011 16:16 (UTC +04:00)
Azərbaycanda onkoloji xəstəliklərin risk faktorları
Azərbaycanda onkoloji xəstəliklərin risk faktorları

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir Z.Əhmədova/

Azərbaycanda risk faktorları ilə çox vaxt xərçəng xəstəliklərinin ilk yaranma səbəbləri olan onkoloji xəstəliklər arasında sıx əlaqə barədə düşünülmür. Bu barədə Trend-ə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanda qeyri-yoluxucu xəstəliklər üzrə koordinatoru Sevil Əsədova deyib.

Hər il fevralın 4-ü xərçəng xəstəlikləri ilə ümumdünya mübarizə günü (World Cancer Day) kimi qeyd olunur.

2007-ci ilə olan rəsmi məlumatlara görə, Azərbaycanda onkoloji xəstələrin sayı yeddi minə çatıb, qeyri-rəsmi məlumatlara görə, bu rəqəm 20 mini ötüb, onun 26 faizdən çoxu isə uşaqların payına düşür.

Xərçəng bütün dünyada ölümə səbəb olan əsas xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirməsinə əsasən, 2005-2015-ci illərdə lazımi müdaxilələr olmadan 84 milyon insanı xərçəngdən dünyasını dəyişəcək.

"Onkoloji xəstəliklərin yaranmasına səbəb olan amillər siyahısında birinci yeri siqaret, alkoqol, qeyri-sağlam həyat tərzi, qeyr-düzgün qidalanma və azhərəkətlilik tutur. Məsələn, pis qidalanma bədxassəli şişlərin yaranmasına səbəb ola biləcək əsas amildi", - Əsədova deyib.

Qida borusu, mədə, bağırsaq, qara ciyər, mədəaltı vəzi, yumurtalıqlar, ağ ciyər və digər orqanların xərçəngə yoluxma riski qidalanma tərzi ilə birbaşa və ya dolayısı ilə bağlıdır.

Azərbaycanda  onkoloji xəstəliklər demək olar ki, bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, ürək damar xəstəliklərindən sonra ikinci yerdə dayanır, ekspert bildirib.

Onun sözlərinə görə, ölkədə onkoloji xəstəliklərə gətirib çıxaran səbəblər barədə əhalinin məlumatlandırılması aparılmır.

Bununla bağlı əhali arasında daha çox yayılmış risk amilləri barədə araşdırmalar aparılır: əhalinin neçə faizinin sağlam həyat tərzi sürdüyü, neçə faizinin tütün və alkoqol qəbul etdiyi öyrənilir, onların qan analizi, arterial təzyiqi və s. yoxlanılacaq. Bu tədqiqatlar risk amillərinə səbəb olan ciddi xəstəliklər barədə maariflənmə işinə yardım edəcək, Əsədova hesab edir.

Onun sözlərinə görə, 2011-ci il "Uşaqlar və yeniyetmələrə günəşdən gələn ultrabənövşəyi şüalardan qorunmağı öyrətmək" mövzusuna həsr olunub.

Onkoloji Xəstəliklərlə Mübarizə üzrə Beynəlxalq Birliyin ekspertlərinin hesabatına əsasən, insanlar infeksiyalardan qorunsa və həyat tərzlərini dəyişmək üçün özlərində güc tapsalar, hər il rast gəlinən 12 milyon  xərçəng xəstəliklərinə yoluxma hallarının 40 faizini aradan qaldırmaq mümkün olardı.

Xərçəng əsasən 45-65 yaş arası yaranır.

Xəbər lenti

Xəbər lenti