...

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi telefon vasitəsilə vətəndaşlardan daxil olan 60 müraciəti cavablandırıb

Cəmiyyət Materials 5 Fevral 2011 14:34 (UTC +04:00)
İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev şənbə günü Trend-ə bildirib ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov dünən saat 16:00-dan 18:00-dək telefon vasitəsi ilə vətəndaşlardan daxil olan müraciətlərə cavab verib.
Baş Dövlət Yol Polisi İdarəsinin rəisi telefon vasitəsilə vətəndaşlardan daxil olan 60 müraciəti cavablandırıb

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi telefon vasitəsilə vətəndaşlardan daxil olan 60 müraciəti cavablandırıb.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev şənbə günü Trend-ə bildirib ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov dünən saat 16:00-dan 18:00-dək telefon vasitəsi ilə vətəndaşlardan daxil olan müraciətlərə cavab verib.

Hər bir müraciət İdarə rəisi tərəfindən ətraflı cavablandırılıb.

Şöbə rəisi bildirib ki, daxil olan 60 müraciət sürücülük hüququnun məhdudlaşdırılması, yol nəqliyyat hadisələri, sürücülük vəsiqəsinin alınması, yol polisi sistemində işə düzəlmək və digər məsələlər barədə olub.

Müraciət edənlərdən biri isə şikayətinin araşdırılmasının nəticələri ilə bağlı ona məlumat verilməməsindən şikayətlənib.

Şöbə rəisi deyib ki, bu vətəndaşın şikayəti araşdırılıb, məlum olub ki, onun İdarəyə göndərdiyi şikayəti ilə bağlı araşdırma aparılıb və yekunu ilə bağlı rəsmi cavab göndərilib. Lakin vətəndaş hansısa səbəbdən həmin cavabı almayıb.

Əliyevin sözlərinə görə, vətəndaşın şikayəti üzrə araşdırmanın nəticəsi barədə ona bu gün cavab verilib.

Əliyev gələcəkdə də İdarə rəisi ilə birbaşa telefon əlaqələrinin yaradılmasını istisna etməyib.

O, qeyd edib ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən vətəndaşların müraciət və şikayətlərinə həm qurumun rəsmi İnternet saytı, həm televiziya və radio verlişləri, həm də poçt vasitəsilə cavab verilir.

Şikayətləri üzrə araşdırmanın nəticəsindən narazı qalan vətəndaşlara məhkəmələrə müraciət etmək hüquqları da izah olunur.

Xəbər lenti

Xəbər lenti