...

Azərbaycan Diplomatik Akademiyası sayca 5-ci Bakı Yay Enerji Məktəbini keçirəcək

Cəmiyyət Materials 9 Fevral 2011 14:02 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyası (ADA) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə birgə 2011-сi ilin 2-16 iyul tarixlərində sayca 5-ci Bakı Yay Enerji Məktəbini keçirəcək. Bu barədə Trend-ə çərşənbə günü ADA-dan məlumat verilib.
Azərbaycan Diplomatik Akademiyası sayca 5-ci Bakı Yay Enerji Məktəbini keçirəcək

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Diplomatik Akademiyası (ADA) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə birgə 2011-сi ilin 2-16 iyul tarixlərində sayca 5-ci Bakı Yay Enerji Məktəbini keçirəcək. Bu barədə Trend-ə çərşənbə günü ADA-dan məlumat verilib.

Yay Məktəbində Azərbaycanın enerji sektoruna cavabdeh olan ARDNŞ, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Dövlət Neft Fondu, həmçinin Azərbaycanda fəaliyyət göstərən xarici neft və qaz şirkətlərinin təmsilçiləri də qatılacaqlar. Bununla yanaşı, Xəzəryanı ölkələrin, ABŞ-ın "Rice" və "Texas A&M" universitetlərinin, "Nabukko" layihəsi təmsilçilərinin, Avropanın aparıcı universitetlərinin mütəxəssislərinin dinləyicilər qarşısında çıxışları planlaşdırılır.

Azərbaycan Diplomatik Akademiyasının 5-ci Bakı Yay Enerji Məktəbində enerji siyasətinin iqtisadi və siyasi əsasları, ətraf mühitə təsiri, regional inkişafa tövhəsi və digər məsələlər diqqət mərkəzində olacaq.

Proqram haqqında daha ətraflı məlumatı və yay məktəbində iştirak üçün ərizə formalarını http://ada.edu.az/summerschool saytından əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti