...

Azərbaycanda avtobuslarda siqaret çəkən sürücü və sərnişinlər cərimələnəcəklər

Cəmiyyət Materials 11 Fevral 2011 14:35 (UTC +04:00)
Azərbaycanda şəhərdaxili, şəhərlərarası və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda siqaret çəkən sürücü və sərnişinlər cərimələnəcəklər.
Azərbaycanda avtobuslarda siqaret çəkən sürücü və sərnişinlər cərimələnəcəklər

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanda şəhərdaxili, şəhərlərarası və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda siqaret çəkən sürücü və sərnişinlər cərimələnəcəklər.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında bununla bağlı İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi müzakirəyə çıxarılacaq.

Məcəlləyə əlavə olunan 150.2.1.4-cü maddəyə görə, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda siqaret çəkilməsi qadağan olunur və bu inzibati xətaya yol verən sürücü və sərnişinlər 40 manatdan 50 manatadək məbləğdə cərimələnəcəklər.

Xəbər lenti

Xəbər lenti