...

Strasburqda Xocalı faciəsi ilə bağlı mitinq keçiriləcək

Cəmiyyət Materials 18 Fevral 2011 12:22 (UTC +04:00)
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Strasburq "Azərbaycan Evi" ilə birgə Xocalı faciəsinin 19-ci ildönümü ilə bağlı fevral ayının 24-27-də Strasburq şəhərində silsilə tədbirlər və "Xocalıya ədalət" kompaniyası çərçivəsində mitinq keçirməyi nəzərdə tutub.
Strasburqda Xocalı faciəsi ilə bağlı mitinq keçiriləcək

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Strasburq "Azərbaycan Evi" ilə birgə Xocalı faciəsinin 19-ci ildönümü ilə bağlı fevral ayının 24-27-də Strasburq şəhərində silsilə tədbirlər və "Xocalıya ədalət" kompaniyası çərçivəsində mitinq keçirməyi nəzərdə tutub. Trend-in məlumatına görə, bu barədə ATXƏM-in mətbuat xidmətindən bildiriblər.

Tədbirlərdə Azərbaycan nümayəndə heyətinin tərkibində ATXƏM-in sədri İlham İsmayılov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin diasporla iş üzrə sektor mudiri Qafar Əliyev, Milli Məclisin üzvü Fuad Muradov və Dağlıq Qarabağ Azərbaycanlıları İcması idarə heyətinin üzvü, Xocalı faciəsinin şahidi Cavid Əliyev iştirak edəcək.

Strasburqda təşkil ediləcək mitinqin möhtəşəm keçəcəyi və ermənilərin mitinqdə insident yaratmaq cəhdləri nəzərə alınaraq təşkilatçılar tərəfindən Strasburq hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunub.

Ermənilər ötən il Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar ATXƏM və Strasburq "Azərbaycan Evi"nin Strasburqda keçirdiyi mitinqə müdaxiləyə cəhd edərək, onun baş tutmamasına çalışmışdılar. Lakin Strasburq hüquq-mühafizə orqanları yarana biləcək insidentin qarşısını alaraq, erməniləri Kleber meydanından uzaqlaşdırmışdılar.

1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndidə yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşaiyət olunan genosid aktını həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti