...

Azərbaycan Ombudsmanına daxil olan şikayətlərin 13 faizdən çoxu məhkəmələrlə bağlıdır

Cəmiyyət Materials 1 Mart 2011 14:19 (UTC +04:00)
Azərbaycan Ombudsmanına ötən il daxil olan şikayətlərin 13 faizdən çoxu hüquq və azadlıqların məhkəmə təminatı hüququnun pozulması ilə bağlıdır.
Azərbaycan Ombudsmanına daxil olan şikayətlərin 13 faizdən çoxu məhkəmələrlə bağlıdır

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Ombudsmanına ötən il daxil olan şikayətlərin 13 faizdən çoxu hüquq və azadlıqların məhkəmə təminatı hüququnun pozulması ilə bağlıdır.

Trend-in məlumatına görə, bu barədə ombudsman Elmira Süleymanovanın Milli Məclisə təqdim etdiyi 2010-cu il üzrə hesabatda bildirilir.

Hesabatda deyilir ki, bu hüququn pozulması ilə bağlı şikayətlər əsas etibarilə, məhkəmələrdə süründürməçilik hallarından, məhkəmə qəralarının surətinin vaxtında verilməməsindən, məhkəmədə işə baxılma vaxtı və yeri haqqında məhkəmə iştirakçılarına bildirişin göndərilməməsindən, apelyasiya, kassasiya şikayətlərinin aidiyyəti üzrə yuxarı məhkəmə instansiyalarına göndərilməsi və ya qəbul edilməsindən imtina haqqında tərəfin məlumatlandırılmamsından, təqdim edilmiş sənədlərin itirilməsi və ya işə əlavə edilməməsindən olub.

Ombudsmana bu sahə üzrə daxil olmuş şikayətlərin 116-sı Ali Məhkəmə, 255-i apelyasiya məhkəmələri, 923-ü birinci instansiya məhkəmələri ilə bağlı olub.

Hesabatda qeyd olunub ki, Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycanla bağlı 40 qərar qəbul edilib. Həmin qərarlardan 16-sı ötən il ərzində çıxarılıb.

2010-cu ildə Ombudsman Aparatına 11 660 müraciət daxil olub. Bu isə 2009-cu illə müqayisədə 32,5 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti