...

Azərbaycanda Ekologiya Nazirliyinə daxil olmuş şikayətlərin çoxu yaşıllıqların mühafizəsi ilə bağlıdır

Cəmiyyət Materials 3 Mart 2011 10:40 (UTC +04:00)
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan şikayətlərdən çoxu yaşıllıqların mühafizəsi ilə əlaqədardır.
Azərbaycanda Ekologiya Nazirliyinə daxil olmuş şikayətlərin çoxu yaşıllıqların mühafizəsi ilə bağlıdır

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan şikayətlərdən çoxu yaşıllıqların mühafizəsi ilə əlaqədardır.

2011-ci ilin yanvar ayı ərzində Nazirliyinin "qaynar xətt"inə daxil olan 44 müraciətdən 36-sı yaşıllıqların mühafizəsi ilə bağlı olub. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ETSN-in mətbuat xidməti məlumat yayıb.

Yaşıllıqların mühafizəsi ilə əlaqədar daxil olmuş müraciətlərdən 29-u nazirliyin əməkdaşları tərəfindən araşdırılıb və qanunamüvafiq tədbirlər görülüb. 7 müraciət isə öz təsdiqini tapmayıb.

Nazirliyə daxil olmuş digər müraciətlər havadan gələn kəskin qoxu (2), məişət tullantılarının qalaqlanması (3), yerin təkindən istifadə (2), səs-küylə əlaqədar (1) olub. ETSN-in əməkdaşları tərəfindən keçirilmiş monitorinqlər zamanı bu müraciətlər öz təsdiqini tapmayıb və həmin ərazilər nəzarətə götürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 24 saat fəaliyyət göstərən "qaynar xətt"i (439-18-63, 438-13-35) vasitəsilə ölkə ərazisində ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji tarazlığın qorunması, ekoloji qanun pozuntuları və digər hallar barədə müraciətlər qəbul edilir.

Xəbər lenti

Xəbər lenti