...

Azərbaycanlı gimnastlar İsrail Qran-prisində bir gümüş və yeddi bürünc medal qazanıblar (FOTO)

Cəmiyyət Materials 7 Mart 2011 13:20 (UTC +04:00)
Azərbaycanlı gimnastlar Qran pri seriyasında yarışların öhdəsindən gəlməkdə davam edirlər. Moskvadan sonra mükafatlar İsrailin Holon şəhərində əldə edilib.
Azərbaycanlı gimnastlar İsrail Qran-prisində bir gümüş və yeddi bürünc medal qazanıblar (FOTO)

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanlı gimnastlar Qran pri seriyasında yarışların öhdəsindən gəlməkdə davam edirlər. Moskvadan sonra mükafatlar İsrailin Holon şəhərində əldə edilib. Milli komandanın lideri Aliyə Qarayeva fəxri kürsünün ikinci pilləsinə qalxıb. Bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Əvvəlcə o, çoxnövçülük üzrə iki rusiyalı - Yevgeniya Kanayeva və Darya Dmitriyeva ilə rəqib olub, daha sonra digər rusiyalı gimnast Darya Kondakova ilə halqa və topla finalda mübarizə aparıb.

Zeynəb Cavadlı da Bakıya yüksək əhval-ruhiyyə ilə qayıdıb. O da üç bürünc medal qazanıb, Lakin Qran-pri turnirində deyil, beynəlxalq yarışda. Perspektivli gimnast çoxnövçülük, top və iplə yarışda üçüncü olub.

"Mənim çox vacib hesab etdiyim digər bir bürüncə yeniyetmələrin turnirində iştirak edən 13 yaşlı Gülsüm Şəfizadə layiq görüldü, - Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasilyeva bildirib. - Hələ tamamilə gənc idmançını artıq bir çox mütəxəssislər qiymətləndirə biliblər və çöxnövçülükdə onun dördüncü yeri tutması isə artıq öz-özlüyündə çox şey deyir. Və təbii ki, bizim yeniyetmələrdən ibarət qrup komandamız bir-birinni ardınca artıq üçüncü dəfədir ki, "gümüş" mükafat qazanırlar. Qızlar xalça üzərinə hər çıxışları ilə xalların sayını artırırlar və ona görə də Lalə Yusifova, Aişə Mustafayeva, Mənsurə Bağırova, Aynur Cabbarlı, Siyana Vasilyeva və Yekaterina Prokopenkonun beş gürzlə ikinci yeri tutmaları qanunauyğundur. Birinci yerə yenə rusiyalı idmançılar çıxıb, mükafatçıların üçlüyünü xalça sahibləri qapayıblar".

Vasilyeva bildirib ki, ən yaxın start martın 12-13-də Riqada keçiriləcək "Baltic Hoop" beynəlxalq turnirində olacaq. Orada Zeynəb Cavadlı və yeniyetmələrdən ibarət qrup çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti