...

Azərbaycanda işə qəbul olunanların diplomları yoxlanılır

Cəmiyyət Materials 7 Mart 2011 16:22 (UTC +04:00)
Təhsil Nazirliyi dövlət qurumlarına və müəssisələrinə qəbul olan işçilərin diplomlarının ciddi şəkildə yoxlanılmasına başlayıb.
Azərbaycanda işə qəbul olunanların diplomları yoxlanılır

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda Təhsil Nazirliyi dövlət qurumlarına və müəssisələrinə qəbul olan işçilərin diplomlarının ciddi şəkildə yoxlanılmasına başlayıb. Bu barədə Trend-ə bazar ertəsi nazirlikdən bildiriblər.

Son zamanlar saxta diplomların sayının artması ilə əlaqədar olaraq hazırda dövlət orqanına işə qəbul olunan hər kəsin diplomu Təhsil Nazirliyinin xüsusi şöbəsində baza sənədləri ilə uyğunlaşdırılır və diplomun həqiqiliyi barədə müvafiq arayış təqdim olunur. Nazirlik mütəmadi şəkildə ölkənin təhsil müəssisələrində çalışan 200 minədək işçinin diplomlarının yoxlanılmasını da həyata keçirir.

Nazirlikdən bildiriblər ki, aparılan yoxlamalar zamanı saxta diplomların hansısa təhsil müəssisəsi tərəfindən deyil, fərdi şəkildə hazırlandığı məlum olub.

Təhsil Nazirliyinin təqdim etdiyi diplomlarda saxtalaşdırılması mümkün olmayan 7 qoruyucu işarə olur.

Azərbaycanda 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir ki, onlardan 29-u dövlət, 7-si xüsusi təyinatlı, 15-i qeyri dövlət ali təhsil müəssisəsidir.

Xəbər lenti

Xəbər lenti