...

Bakı Dövlət Universitetində türkmən şair Nurməhəmməd Əndəlibin yubileyinə həsr edilən konfrans keçirilib

Cəmiyyət Materials 10 Mart 2011 17:22 (UTC +04:00)
Bakı Dövlət Universitetində böyük Türkmənistan şairi Nurməhəmməd Əndəlibin 350 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.
Bakı Dövlət Universitetində türkmən şair Nurməhəmməd Əndəlibin yubileyinə həsr edilən konfrans keçirilib

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir M.Əliyev/

Bakı Dövlət Universitetində böyük Türkmənistan şairi Nurməhəmməd Əndəlibin 350 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.

"Məşhur tükmən şair Nurməhəmməd Əndəlib təkcə türk ədəbiyyatına deyil, eləcə də ümumilikdə dünya ədəbiyyatı və mədəniyyətinə böyük töhfə verib", - BDU rektoru Abel Məhərrəmov deyib.

"Lirika və poeziya ustadı yaradıcılığı ilə müxtəlif mədəniyyətlərin sintezində, bir-birini qarşılıqlı şəkildə zənginləşdirməsində böyük rol oynayıb", - Məhərrəmov bildirib.

Onun szölərinə görə, bu konfrans Azərbaycan və Türkmənistan arasında dost və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi işinə mühüm töhfədir.

Türkmənistanın Azərbaycandakı səfiri Toylı Komekov türkmən ədəbiyyatının folklor dövrünün formalaşmasında Əndəlibin böyük rolu olduğunu qeyd edib.

"Azərbaycan alimləri tərəfindən türkmən ədəbiyyatının araşdırılması, türkmən ədəbiyyatı incilərinin Azərbaycan dilinə çevrilməsi sevindirici haldır" - səfir bildirib.

Daha sonra Azərbaycan alimləri Nigar İsmayılzadə, Bibisara Məmmədova, Aydan Xəndan böyük türkmən şairi Nurməhəmməd Əndəlibin yaradıcılığına həsr olunmuş məruzələrlə çıxış ediblər.

Konfransın sonunda "Türkmənistan bu gün" filmi nümayiş etdirilib.

Əndəlib türkmən ədəbiyyatı tarixinə dastan eposunun banisi kimi daxil olub. Şair folklor süjetlərindən istifadə edərək "Leyli və Məcnun", "Yusif və Züleyxa", "Baba Rövşən" və s. kimi ölməz romantik dastanlar yaradıb. Onun şeirlərinin çoxu bəxşi və nəql edənlərin repertuarına daxil olmaqla xalq mahnısına çevrilib. Əndəlibin dastanlarının əsas leytmotivi yüksək humanizm və vətənpərvərlikdir. Özünün "Nəsimi" poemasında o, insanlığı ən yüksək dəyər verən XIV əsr şairi Nəsiminin faciəli həyatından danışıb. Əndəlib özünün digər əsərində - "Çigir"də kənd zəhmətkeşinin çətin əməyindən danışıb. O, xalq deyimlərinə və əfsanələrinə, eləcə də nadir mənbələrə əsaslanan "Oğuznamə" poeması, "Məlikə Mehrinigar" əsəri və gözəl lirik şeirlərin müəllifidir.

Xəbər lenti

Xəbər lenti