...

Azərbaycanda təsərrüfat quyusu qazılarkən e.ə. IV-III əsrlərə aid küp qəbirlər aşkar edilib

Cəmiyyət Materials 11 Mart 2011 17:35 (UTC +04:00)
Azərbaycanın Goranboy rayonunun Nərimanlı kəndində həyətyanı sahədə təsərrüfat quyusu qazılarkən e.ə. IV-III əsrlərə aid küp qəbirlər aşkar edilib.
Azərbaycanda təsərrüfat quyusu qazılarkən e.ə. IV-III əsrlərə aid küp qəbirlər aşkar edilib

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Goranboy rayonunun Nərimanlı kəndində həyətyanı sahədə təsərrüfat quyusu qazılarkən e.ə. IV-III əsrlərə aid küp qəbirlər aşkar edilib. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Regional Elmi Mərkəzindən bildiriblər.

Qazıntı zamanı aşkar olunan uşaq qəbrinin içərisindən kiçik ölçülü antik dövrə aid şamdan, qəddan tipli qablar, duzqabı, digər məişət əşyaları və bir ədəd gözmuncuğu hesab edilən qara rəngli muncuq tapılıb.

AMEA-nin şöbə əməkdaşları arxeoloji kəşfiyyat işlərini davam etdirərək həmin qəbirstanlığa aid yaşayış yerini qeydə alıblar. Yerli əhali arasında İsgəndər təpəsi adlanan bu abidə antik və ilk orta əsrlər dövrünə aiddir. Onun bir hissəsi 1963-cü ildə təsərrüfat işləri ilə əlaqədar dağıdılsa da, qalan ərazilərdə arxeoloji tədqiqat işlərinin aparılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti