...

İbrahim Tatlısəs Türkiyənin Baş naziri ilə müzakirələr aparıb (FOTO)

Cəmiyyət Materials 26 Mart 2011 10:45 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan sui-qəsd nəticəsində ağır yaralanan məşhur müğənni İbrahim Tatlısəsə baş çəkib.
İbrahim Tatlısəs Türkiyənin Baş naziri ilə müzakirələr aparıb (FOTO)

Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir K.Zərbalıyeva/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan sui-qəsd nəticəsində ağır yaralanan məşhur müğənni İbrahim Tatlısəsə baş çəkib.

Trend-in məlumatına görə, Ərdoğan 20 dəqiqəlik ziyarətdən sonra jurnalistlərə açıqlamasında Tatlısəsin durumunun çox yaxşı olduğunu deyib.

Ərdoğan Tatlısəsin Ədalət və İnkişaf Partiyasından (AKP) millət vəkilliyinə namizəd olmaq üçün ona müraciət etdiyini bildirib.

Tatlısəs martın 14-də silahlı basqına məruz qalıb. Müğənninin həyatına sui-qəsd zamanı o, başından ağır güllə yarası alıb, assistenti isə çiynindən vurulub.

Tatlısəsə sui-qəsddə şübhəli bilinən 20 nəfər İstanbul polisi tərəfindən saxlanılıb.

Sui-qəsdin Abdullah Uçmaqın rəhbərliyi ilə törədildiyi müəyyən edilib.

Abdullah Uçmaq və onun 4 adamı daha əvvəl də İbrahim Tatlısəsə sui-qəsd hazırladıqları üçün mühakimə olunmuşdu.

Xəbər lenti

Xəbər lenti