...

Xaricdə təhsil alan azərbaycanlıların Forumunun Bakıda qərargahı açılıb (FOTO)

Cəmiyyət Materials 5 Aprel 2011 14:02 (UTC +04:00)
Çərşənbə axşamı Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) Bakıda yerləşən qərargahının rəsmi açılış mərasimi keçirilib.
Xaricdə təhsil alan azərbaycanlıların Forumunun Bakıda qərargahı açılıb (FOTO)

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir M.Əliyev/

Çərşənbə axşamı Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) Bakıda yerləşən qərargahının rəsmi açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, açılış mərasimində ASAİF sədri Orxan Əkbərov jurnalistlərə bildirib ki, Bakı ofisi xaricdə təhsil alan gənclərin Azərbaycana gəldikdə toplanacağı yer olacaq.

Onun sözlərinə görə mərkəz 3 istiqamətdə fəaliyyət göstərəcək - xaricdə təhsil almaq istəyən, təhsil alan və xarici ali məktəblərin məzunu olmuş şəxslərlə iş.

Əkbərov bildirib ki, təşkilatın məqsədi Azərbaycanın xaricdə təbliği sahəsində onlara kömək göstərmək və bunun üçün münbit şərait yaratmaq, təcrübə mübadiləsi üçün uyğun platformalar təşkil etməkdir.

Xəbər lenti

Xəbər lenti